“Digitalart-lab” layihəsi çərçivəsində növbəti ustad dərsi keçiriləcək

“Digitalart-lab” layihəsi çərçivəsində növbəti ustad dərsi keçiriləcək
calendar 23 mart 2021
clock 12:25

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə martın 26-da saat 21:00-da “Digitalart-lab” layihəsi çərçivəsində rəssam Amil Quliyevin “Concept art” mövzusunda ustad dərsi baş tutacaq.

Kulis.az xəbər verir ki, ustad dərsi “Concept art” sahəsindəki yeniliklər, film və oyun sənayesində istifadə edilən metodların tətbiqini göstərmək, həmçinin bu istiqamətdə çalışan rəssamların yaradıcılığını dəstəkləmək məqsədilə keçiriləcək.

“Concept art” filmlər, video oyunlar, animasiya və komikslərdə fikri çatdırmaq üçün istifadə olunan bir illüstrasiya formasıdır.

Amil Quliyev 1990-cı ildə Gəncə şəhərində anadan olmuşdur. O, 2001-2005-ci illərdə Gəncə Uşaq Rəssamlıq Məktəbində rəssamlıq dərsləri, 2009-2013-cü illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Təsviri sənət fakültəsinin “Rəngkarlıq” ixtisasında bakalavr təhsili alıb. O, 2013-cü ildən müstəqil yaradıcılıqla məşğuldur.

Ustad dərsinin “Zoom” tətbiqi vasitəsilə “Digitalart-lab” layihəsi iştirakçıları üçün nəzərdə tutulan proqrama əsasən keçirilməsi planlaşdırılır.

Dərsi Azərbaycan Dövlət Rəsm Qalereyasının rəsmi saytı və sosial media hesablarından yayımlanacaq video materialdan izləmək mümkün olacaq.

# 1842 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news