“Eurovision” şərhçimiz bilindi

“Eurovision” şərhçimiz bilindi
calendar 12 may 2020
clock 10:20

İctimai Televiziya və Radio Yayımları Şirkəti “Avroviziya: Europe Shine A Light” mahnı şousunda şərhçisinin adını açıqlayıb.

Qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən Kulis.az-a verilən məlumata görə, “Avroviziya: Europe Shine A Light” adı altında mayın 16-da, Bakı vaxtı ilə saat 23:00-da canlı yayımlanacaq mahnı şousunun şərhçisi müğənni-bəstəkar Murad Arif olacaq.

İki saatlıq konsert İctimai Televiziyanın efirində canlı şəkildə yayımlanacaq. Onlayn keçiriləcək musiqi şousuna təmsilçimiz Samirə Əfəndi “Kleopatra” mahnısı ilə Azərbaycandan qoşulacaq.

Aparıcıları Şantal Yanzen, Edsiliya Rombli və Yan Smit olacaq musiqi şousunda 2020-ci il üçün iştirakçı ölkələrin nümayəndələri, eləcə də ötən ilki müsabiqənin qalibləri və ulduzları iştirak edəcəklər.

Xatırladaq ki, pandemiya səbəbi ilə ləğv edilmiş “Avroviziya 2020” mahnı müsabiqəsi Niderlandın Rotterdam şəhərində keçirilməli idi.

Qeyd edək ki, “Avroviziya 2021” mahnı müsabiqəsində Azərbaycanı yenidən Samirə Əfəndinin təmsil etməsi planlaşdırılır.

# 1592 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news