“LİBRAFF” Bakının mərkəzində daha iki mağaza açır - Açıqlama

“LİBRAFF” Bakının mərkəzində daha iki mağaza açır - Açıqlama
calendar 2 dekabr 2019
clock 17:14

“Bəzi saytlarda gedən informasiyalarda qeyd olunduğu kimi “LİBRAFF” kitab mağazaları şəbəkəsi bağlanmır, əksinə şəhərin mərkəzi hissəsində daha iki mağazamız açılır”.

Kulis.Az xəbər verir ki, bu açıqlamanı “LİBRAFF” mağazalar şəbəkəsinin direktoru Cəlalə Nəzəroğlu verib. O, bildirib ki, yalnız “Bravo” marketlər şəbəkəsində yerləşən iki “LİBRAFF” mağazasının fəaliyyəti dayandırılıb. İki filialın bağlanması “LİBRAFF”ın yeni strategiyasına əsasən baş tutub:

""LİBRAFF" bağlanmır. Yalnız "Bravo" marketin tərkibində olan mağazaları bağlamışıq. Yeni strategiyamıza əsasən, marketlərdə kitab mağazaları saxlamayacağıq. Təcrübə göstərdi ki, marketə girən müştəri kitab almağa meyilli olmur. Bu, biznesdir, hər zaman uyğun addımlar atmaq lazımdır. Bağladığımız mağazaların əvəzində şəhərin iki ən yaxşı yerində böyük və yüksək səviyyəli mağaza açacağıq”.

Yayılan məlumatlarda o da qeyd olunub ki, bu yaxınlarda LİBRAFF-ın daha bir neçə mağazası bağlanacaq. Məsələyə münasibət bildirən Cəlalə Nəzəroğlu onu da qeyd edib ki, bu, kökündən yanlış olan məlumatdır.

“Yuxarıda da qeyd etdiyimiz kimi “LİBRAFF” mağazalarını genişləndirməkdə davam edəcək. Odur ki, məlumatı yayarkən rəsmi açıqlamanın alınması da arzuolunandır. Bu həm peşəkarlıq baxımından önəmlidir, həm də xəbərin daha düzgün formada çatdırılmasına imkan yaradır”.

# 3689 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news