“Mədəniyyət/Culture” jurnalının növbəti sayı nəşr edildi

“Mədəniyyət/Culture” jurnalının növbəti sayı nəşr edildi
calendar 23 sentyabr 2020
clock 12:51

“Mədəniyyət/Culture” jurnalının növbəti nömrəsi işıq üzü görüb.

Dərgi Azərbaycan Cümhuriyyətinin 102 yaşı münasibətilə xüsusi xidmət orqanlarımızın sələfi olan 101 il öncə yaradılmış Əksinqilabla Mübarizə Təşkilatının ilk rəhbəri Məhəmmədbağır Şeyxzamanlı haqqında Dilqəm Əhmədin qələmə aldığı maraqlı qeydlərlə açılır.

Jurnalın əməkdaşı Şövkət Səlimovun vaxtilə - hələ Azərbaycan Televiziyasında çalışarkən Şuşaya səfəri zamanı topladığı qiymətli materiallar “Şuşa simfoniyası” adlandırdığı yazısı oxucunun “Şuşa yaddaşı”nı təzələyəcək.

“Elm və ədəbiyyat şəhidi” sərlövhəli müsahibədə böyük alim Salman Mümtazın həyat və fəaliyyətindən söhbət açılır, nəvəsi, şərqşünas Urxun Qalabəylinin söhbətlərinə əsasən, yorulmaz tədqiqatçının indiyədək tam araşdırılmamış elmi əlaqələri, ədəbiyyatımıza verdiyi töhfələrdən söz açılır.

Azərbaycanın poetika, birlik və mənəvi bütövlük rəmzi sayılan Məhəmmədhüseyn Şəhriyar barədə dolğun bilgilər, eləcə də ölməz poeziyasından nümunələri də “Ədəbiyyat” rubrikasında oxuyacaqsınız.

Azərbaycanımızın ayrılmaz tərkib hissəsi olan Naxçıvanda nadir sənət nümunələrinin toplandığı Əlyazmalar Fondundan məlumatlar isə AMEA Muxtar Respublika bölməsinin əməkdaşı Türkanə Bəylərlinin təqdimatında verilir.

Ölkəmizin adını ucaldan soydaşımız, görkəmli musiqiçi, hazırda ABŞ Texas Universiteti Dallas filialının professoru, Azərbaycan-Amerika Musiqi Fondunun həmtəsisçisi və icraçı direktoru Cəmilə Cavadova-Spitsberq haqqında məqalə ilə tanış olduqca sərhədlərimizdən uzaqlarda yaşayan belə həmvətənlərimizin uğurları qəlbinizi qürurla dolduracaq.

“Teatr” bölümündə pandemiya dövründə teatrlarımızın durumu, bu mədəniyyət müəssisələrinin öz işlərini dövrün tələblərinə uyğun qurması, səhnə əsərlərinin virtual nümayişindən danışılır.

Rəssam Günay Zebiçin “Biz birlikdə qalib gələcəyik” əsəri “Bir birlikdə güclüyük” şüarını bir daha təsdiq edir.

“Turizmin regionların sosial-iqtisadi inkişafına təsiri”, fiziki imkanları məhdud uşaqlardan bəhs edən “Siz tək deyilsiniz!”, multikulturalizm mövzusunda “Şahdağın övladları”, mədəni irsimiz sırasında “Beşbarmaq dağı: əfsanə, ziyarətgah, yoxsa istehkam” və digər yazıların da sevilə-sevilə oxunacağına inanırıq.

“Elm” rubrikasında isə hər zamankı kimi yenə müqtədir və gənc alimlərimiz səs-səsə, qələm-qələmə Azərbaycanın intellektual potensialının keşiyində dayanır, yeni ideyalar, mövzuların təqdimatı ilə kreativ elmi yanaşmaların təməlini qoyurlar.

# 1625 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news