“Mənim balaca Şahzadəm” filmi qalib oldu

“Mənim balaca Şahzadəm” filmi qalib oldu
calendar 20 iyun 2020
clock 10:07

“Mənim balaca Şahzadəm” qısametrajlı animasiya filmi beynəlxalq festivalın qalibidir.

Kulis.az xəbər verir ki, “Azanfilm” Animasiya Studiyasının istehsalı olan “Mənim balaca Şahzadəm” (“My little prince”) qısametrajlı animasiya filmi Cənubi Koreyada keçirilən 8th Seoul Guro International Kids Film Festivalında BRIGHT FUTURE (Parlaq gələcək) nominasiyasının qalibi olub.

Covid-19 pandemiyası ilə əlaqədar bu il onlayn formada keçirilən festivalın mükafatlandırma mərasimi iyulun 8-i Cənubi Koreya saatı ilə 18:00-da başlayacaq.

Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azanfilm” Studiyasında ərsəyə gələn filmin quruluşçu rejissoru Arif Məhərrəmov, bədii rəhbəri Elçin Əfəndiyev, ssenari müəllifi İman İsmayıl, quruluşçu rəssamı Amil Quliyev, bəstəkarı Azər Hacıəsgərli, səsləndirmə üzrə rejissoru Mehriban Zəki, prodüseri Müşfiq Hətəmovdur.

Qeyd edək ki, M.Ələkbərlinin “Balaca şahzadə” əsərinə həsr etdiyi yağlı boya ilə işlənmiş tabloların təsviri filmdə animasiya hissələrinin tərkibində verilmişdir. Rəssam M.Ələkbərlinin Ekzupirinin “Balaca şahzadə” əsəri haqqında düşüncə və duyğularının, 3d animasiya stili ilə təsviri əlaqələndirilməsi yeni bir stilistika ərsəyə gətirib.

# 2460 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news