"Mücrü" açıldı - Fotolar

"Mücrü" açıldı - Fotolar
calendar 10 fevral 2020
clock 17:12

8 fevral 2020-ci ildə “Mücrü” nəşriyyatında, nəşriyyatın rəsmi açılış mərasimi və nəşriyyatın direktoru, detektiv yazıçı Müşfiq XANın “Ziqzaq” kitabının təqdimatı baş tutub.

Tədbirdə Azərbaycanın tanınmış şairləri, yazıçıları və sənət adamları və tanınmış pedaqoqlar iştirak edib. Tədbiri giriş sözü ilə açan nəşriyyatın direktoru Müşfiq XAN, nəşriyyatın qısa müddət ərzində gördüyü işlərdən, yeni nəşrlərdən söz açıb, gələcək planlarla bağlı qonaqlara məlumat verib.

Gallery

“Nəşriyyatımız qısa müddət ərzində sübut etdi ki, hədəfimiz ədəbiyyatımıza və Azərbaycan kitabına xidmətdir. Devizimizə uyğun olaraq fəaliyyətimizi qurmağa çalışırıq. Yerli yazıçı və şairlərə ən münasib şərtlərlə xidmətlərimizi təqdim edirik. Hal-hazırda ölkənin ən ucuz və keyfiyyətli nəşriyyatı olduğumuzu məsuliyyətlə qeyd edə bilərəm. Peşəkar komanda ilə, peşəkar xidmət göstəririk. Gələcək fəaliyyətimizdə xarici müəlliflərin də əsərlərinə müraciət edəcəyik. Hələlik yerli müəlliflərin təbliği istiqamətində layihələr həyata keçiririk və gördüyümüz işlər də göz önündədir. Biz kitab bazarında oxucunun etimadını qazanmağı qarşımıza məqsəd qoymuşuq və buna nail olacağımıza əminik.”

Daha sonra tədbirdə iştirak edən qonaqlar nəşriyyatın fəaliyyəti ilə bağlı təkliflər irəli sürüb, nəşriyyatın nəzdində yaradılmış “Mücrü Kitab Klubu”na yeni üzvlər qəbul edilib.

Gallery

Xatırladaq ki, ötən ilin sonu fəaliyyətə başlayan və qısa müddət ərzindəki fəaliyyəti ilə iddialarını ortaya qoyan nəşriyyatın açılış mərasimində yeni nəşrlərin də təqdimatı baş tutub.

# 2404 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news