“Nizami Gəncəvi: etnogenez və mifologiya” kitabı nəşr olundu

“Nizami Gəncəvi: etnogenez və mifologiya” kitabı nəşr olundu
calendar 4 may 2021
clock 13:39

Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoyun “Nizami Gəncəvi: etnogenez və mifologiya” kitabı nəşr olunub.

Folklor İnstitutundan Kulis.az-a bildirilib ki, kitabda müəllifin 1986-cı ildə müdafiə etdiyi diplom işinin əsas mətni orijinalda olduğu kimi təqdim olunur. Əsərdə Azərbaycan - Oğuz mifologiyası, XII əsr intibah şəraitində Nizaminin mifoloji motivlərə müraciətinin nəzəri-estetik şərtləri və tarixi-etnik şəraiti, sənətkarın “Yeddi gözəl” poemasında təbiət və cəmiyyətin vəhdəti konsepsiyası, Bəhram və Oğuz ovçuluq kultu Bəkil, ictimai-əxlaqi ideya və əski əsatirlər, poemadakı “Xeyir və Şər” nağılında Azərbaycan - Oğuz əsatirlərindən istifadə, Bəhram şah və əski heyvandarlıq kultu ilə bağlı müdrik çoban kimi məsələlərdən bəhs olunur.

“Elm və təhsil” nəşriyyatında işıq üzü görən kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Mürsəl Həkimov, rəyçisi filologiya üzrə fəlsəfə doktoru, dosent İsrail Mustafayevdir.

# 1385 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Norma
Norma
menu pen all_news