“Nəsimi” tamaşasının premyerası olub

“Nəsimi” tamaşasının premyerası olub
calendar 28 dekabr 2019
clock 16:29

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Bakı Uşaq Teatrının “Günay” uşaq teatrı Azərbaycan Teatr İşçiləri İttifaqında “Nəsimi” tamaşasının premyerasını keçirib.

Kulis.az-ın Nazirliyin saytına istinadən verdiyi xəbərə görə, tamaşanın nümayişindən əvvəl Rus Mədəniyyət Məlumat Mərkəzinin ölkəmizdəki sədri, Rusiya səfirliyinin müşaviri Valentin Petroviç Denisov, filologiya elmləri doktoru, Bakı Slavyan Universitetinin prorektoru Rafik Novruzov, Əməkdar mədəniyyət işçisi, incəsənət üzrə fəlsəfə doktoru Rafiq Kaşanlı çıxış edərək Nəsimi yaradıcılığından və böyük mütəfəkkirə həsr olunan səhnə əsəri barədə fikirlərini bölüşüblər.

“Nəsimi” tamaşasının ssenarisi, səhnələşdirilməsi və musiqi tərtibatı “Günay” teatrının rəhbəri Larisa Viktorovna Tarusovaya, xoreoqrafiyası Günəş Talıbovaya aiddir.

Əsas rolları Leyla Murşudova (Nəsimi), Olesya Aksyonova (Fatma), Tamerlan Yarmamedov (Timur) ifa ediblər.

Səhnə əsəri tamaşaçılar tərəfindən hərarətlə qarşılanıb.

Xatırladaq ki, tamaşanın ilk nümayişi 2019-cu ilin dekabrında Moskvada keçirilən “Millətin Qızılları” Beynəlxalq festival-müsabiqədə baş tutub. Burada tamaşa Rusiyanın teatr xadimləri tərəfindən yüksək qiymətləndirilib və 1-ci dərəcəli laureat adına layiq görülüb. Bu yarışmada “Günay” teatrının gənc sənətçiləri “Qızıl açar” tamaşasına görə 1-ci dərəcəli laureat adını, solo və qrup nominasiyaları üzrə müxtəlif dərəcələrə görə mükafatlar qazanıblar. Ümumilikdə, “Günay” teatrı bu festivalda 20 laureat diplomu qazanıb.

# 2033 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news