"Qadınlar sülh uğrunda” adlı sərgi olacaq

"Qadınlar sülh uğrunda” adlı sərgi olacaq
calendar 13 noyabr 2020
clock 10:00

Bakıda noyabrın 16-dan 24-dək "Qız qalası. Qadın olmaq - qadınlar sülh uğrunda” adlı Beynəlxalq Müasir İncəsənət Festivalı təşkil olunacaq.

Kulis.az xəbər verir ki, sərgini Latviyanın Azərbaycandakı səfirliyi Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyi ilə birgə həyata keçirəcək. Builki festival qadınların sülh üçün qərar qəbul etmə proseslərində ədalətli şəkildə təmsil olunmalarını vurğulayan BMT Təhlükəsizlik Şurasının Qadınlar, Sülh və Təhlükəsizlik üzrə 1325 saylı qətnaməsinə həsr edilib.

Festivalın əsas mövzusu “Qadınlar sülh uğrunda”dır. Festival beynəlxalq ekspertləri bir araya gətirəcək və onlara COVID-19 pandemiyası dövrü və eləcə də müharibələrin təsirlərinin qadınların həyatında məişət zorakılığının müasir incəsənət vasitəsilə aradan qaldırılması üzrə təcrübələrini bölüşməyə şərait yaradacaq.

Layihə proqramına müasir incəsənət kontekstində müxtəlif səpkili sərgilər, konsertlər, konfranslar, təqdimatlar və film nümayişləri daxildir. Bu elementlərin hər biri incəsənət və mədəniyyət vasitəsilə sosial inteqrasiyanın təbliğatı və gücləndirilməsi üçün yeni strategiyada bir özül kimi qəbul edilə bilər.

Festivalın adı Bakının əsas görməli yeri və simvolu hesab edilən, haqqında çoxlu əfsanələr və sirlər dolaşan Qız qalasının adından götürülüb.

# 1216 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news