"Qarabağ hekayələri" özbək dilində nəşr olundu

"Qarabağ hekayələri" özbək dilində nəşr olundu
calendar 13 avqust 2020
clock 10:04

“Qarabağ hekayələri” silsiləsindən “İtirdiyim xoşbəxtlik” adlı antologiya toplusu özbək dilində işıq üzü görüb.

Kulis.az xəbər verir ki, müxtəlif müəlliflərin əsərlərinin yer aldığı topluya “Ön söz”ü Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva yazıb. Görkəmli özbək professoru, türkoloq Babaxan Şərif kitaba yazdığı təqdimatda Azərbaycan həqiqətləri və onların bədii əsərlərdə inikası, habelə iki qardaş ölkənin sarsılmaz dostluğundan ədəbiyyatın mühüm rolu barədə fikirlərini bölüşüb. Kitabı özbək dilinə gənc şair-tərcüməçi, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü Şahistə Artukova çevirib.

Antologiyanın redaksiya heyətinin üzvləri arasında ziyalılarla yanaşı, Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli, eləcə də imzası azərbaycanlı oxuculara da yaxsı tanış olan “Kitab dünyası” qəzetinin baş redaktoru Xasiyyət Rüstəm (Özbəkistan), tanınmış yazıçı- tərcüməçi İmdat Avşar (Türkiyə) yer alıblar. Gələcəkdə ikinci cildinin də nəşri planlaşdırılan kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

# 1432 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news