“Sarı gəlin” yeni aranjimanda - Video

“Sarı gəlin” yeni aranjimanda - Video
calendar 24 avqust 2020
clock 16:05

Türkiyənin Mersin şəhərində anadan olan, hazırda İstanbulda yaşayan, 15 ildən çoxdur ki, həyatını musiqi ilə bağlayan və DJ kimi fəaliyyət göstərən Cafer Palamut Mayami, Dubay, Monako kimi şəhərlərdə çıxışlar edərək məşhur sənətçilərlə müxtəlif kompozisiyalar ərsəyə gətirib.

Kulis.az xəbər verir ki, o, türkü və türk xalq musiqilərini elektron musiqi ilə sintez edən ilk DJ-lərdən biri hesab olunaraq bu coğrafiyanın musiqi alətlərini, sözlərini və dəyərlərini dünyaya çatdırır.

Cafer Palamutun həyat yoldaşı Vəfa Süleymanova azərbaycanlıdır. Palamut Azərbaycan torpağı olan Qarabağ münaqişəsi ilə bağlı məsələnin dünya ictimaiyyətinə çatdırılmasında öz töhvəsini verə bilmək istəyi ilə məşhur Azərbaycan xalq mahnısı “Sarı gəlin”i Ayla Balyemezin səsi ilə elektron musiqidə birləşdirərək önəmli musiqi platformalarından olan “Beatport”da həm “hayp”, həm də eksklüziv olaraq ilk dəfə azəri-türk əsəri kimi yayımlanmasına nail olub.

Xatırladaq ki, Cafer Palamut bundan öncə də azərbaycanlı bəstəkar Eldar Mansurovun “Bayatılar” əsərini məşhur yəhudi saz-kamança ustası Mark Eliyahunun ifası ilə “Alegria” adlı layihədə birləşdirib. Bu əsər də xeyli tamaşaçı diqqəti görmüşdür.

# 2512 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
Norma
Norma
menu pen all_news