“Tıq-Tıq xanım” animasiya filminin müəllifinin Berlində kitabı nəşr olundu

“Tıq-Tıq xanım”  animasiya filminin müəllifinin Berlində kitabı nəşr olundu
calendar 15 avqust 2020
clock 18:29

Tanınmış Azərbaycan animasiya rejissoru, animator, rəssam və yazıçı Məsud Pənahinin Almaniyanın Berlin şəhərində “Rezin xoruz” adlı avtobioqrafik kitabı çapdan çıxıb.

Bu barədə Kulis.az-a ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının mətbuat xidmətindən məlumat verilib. “Tıq-tıq xanım”, “Bulud niyə ağlayır”, “Qız qalası əfsanəsi” və başqa məşhur animasiya filmlərinin müəllifi yeni kitabı haqqında fikirlərini bölüşüb:

“Əvvəlcə kitab haqqında heç düşünmürdüm. Lakin üzv olduğum və hekayələrimi çap edən Berlin “Ədəbiyyat və Mədəniyyət klubu”nun məsləhətilə öz ailəmin tarixi, öz fantaziyalarım və yuxuda gördüklərim haqqında bir kitab yazmağı qərara aldım. Özümü peşəkar yazıçı saymıram. Ədəbiyyatı kino kimi görürəm. Ona görə düşünürəm ki, hekayələrimi asanlıqla ekranlaşdırmaq olar...”

Məsud Pənahi 1943-cü ildə İranın Zəncan şəhərində doğulub. Məşhur yazıçı və şair Abbas Pənahi Makulu onun atası olub. 1946-ci ildə Pənahi ailəsi ilə Bakıya köçüb. 1966-cı ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, 1972-ci ildə isə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun (ÜDKİ) rəssamlıq fakültəsini və ÜDKİ-nin nəzdindəki animasiya üzrə quruluşçu-rejissor kurslarını bitirib.

1974-cü ildə Bakıda keçirilən VII Ümumittifaq festivalında “Bulud niyə ağlayır” multfilminə görə 1-ci mükafata layiq görülüb. 1979-cu ildə isə Aşqabadda keçirilən XII Ümumittifaq kino festivalında “Qız qalası əfsanəsi” multfilminə görə iştirak diplomu ilə təltif edilib. Məsud Pənahi Azərbaycanın kult multfilmi olan “Tıq-tıq xanım” (“Pıs-pısa xanım və siçan bəy”) filminin müəllifidir.

1979-cu ildən Almaniyada yaşayır. Berlin Mərkəzi Telestudiyasında və müxtəlif animasiya studiyaları nəzdində 60 yaxın animasiya filmlərinin çəkilişlərində iştirak edib. M.Pənahinin son işlərindən biri Berlindəki Azərbaycan diasporasının dəstəyi ilə 2012-ci ildə çəkilmiş və Xocalı şəhərində baş vermiş faciədən bəhs edən “Sükutun pozulması” (“Zerstörter Friede”) animasiya filmidir.

Qeyd edək ki, 2018-ci ildə Məsud Pənahi ANİMAFİLM-in Azərbaycan animasiyasına verdiyi töhfəyə görə “Qızıl qayıq” mükafatı ilə təltif olunub. 2019-cu ildə həmin festivalın Beynəlxalq münsiflər heyyətinin sədri olub.

# 2177 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news