“Ulduz" jurnalının yeni sayı

 “Ulduz" jurnalının yeni sayı
calendar 13 mart 2020
clock 11:05

“Ulduz” jurnalının növbəti sayı işıq nəşr edilib.

Kulis.az xəbər verir ki, jurnalın fevral nömrəsi tənqidçi Cavanşir Yusiflinin “Sadəlik və ciddiyyət” adlı ekspert yazısı ilə açılır. Hikmət Məlikzadə "Özüylə söhbəti...”ni və şeirlərini təqdim edir. Bu nömrədə Günel Eyvazlı Məhəmməd Hadiyə həsr etdiyi “Qəmabad sakini” essesini oxucularla bölüşür. “Nəsr”də Vəfa Mürsəlqızı, Tural Cəfərli, Ənvər Çingizoğlu, Aytac Sahəd hekayələrini təqdim edir. "Şeir vaxtı”nda Fərqanə Yusifqızı, Xəyalə Sevildir. Bəsti Əlibəyli və Esmira Məhiqızının şeirləri də “Ulduz”un fevral nömrəsində yer alıb.

“Türk eli”ndə oxucular Semih İpekin şeirləri ilə tanış olacaqlar.

“Araşdırma”da Namiq Hacıheydərli “İtmiş sivilizasiya: Mu qitəsi”ndən danışır. "Yazı masası”nda Taleh Mansurun qonağı “Yüz ilin kişisi” yazısı ila yüz yaşlı Dünyamalı Kərəmdir.

"Qısa fikirlər xəzinəsi” Umberto Eko, Cəmil Meric və Aleksandr Soljenitsin fikirlərini təqdim edir.

Jurnalda, həmçinin İbrahim İbrahimli Azər Turanın "XX əsr –Fəryadın metafizikası” kitabı haqqında düşüncələrini bölüşür.

"Tribuna”da Firuz Mustafa Xalq yazıçısı Elçinin yaradıcılığından yazır. "Dərgidə kitab” rubrikasında "Bir az vaxtım var...” povesti ilə Şəfa Vəlidir.

# 2100 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
Norma
Norma
menu pen all_news