"Xudayar təsnifi"nin yeni veriyası təqdim olunub

"Xudayar təsnifi"nin yeni veriyası təqdim olunub
calendar 28 dekabr 2020
clock 15:36

Vətən müharibəsində şəhid olan gizir Xudayar Yusifzadənin ifasında ikinci həyat qazanmış “Vətən yaxşıdır” təsnifini Beynəlxalq Muğam Mərkəzi (BMM) solistlərinin ifasında yeni təqdimatda muğamsevərlərə təqdim edib.

Muğam Mərkəzindən Kulis.az-a bildirilib ki, gənc xanəndələr Kamilə Nəbiyeva, Almaxanım Əhmədli və İlkin Əhmədovun Xudayarın ifası ilə virtual duet şəklində oxunan təsnifə yeni sözlər də yazılaraq əlavə edilib. İfaçıları Rəşad İbrahimov (tar), Ceyhun Muradov (kamança) və Amil Musatafayev (nağara) müşayiət edib.

Qeyd edək ki, “Vətən yaxşıdır” təsnifinin musiqisi Əlibaba Məmmədova, sözləri Əliağa Vahidə aiddir. Təsnif Əlibaba Məmmədovun xeyir-duası ilə “Xudayar təsnifi” adlanıb. BMM-in layihəsi üçün təsnifə əlavə mətni şair, professor Vüqar Əhməd yazıb.

Təsnifin audiovizual variantı ilk dəfə Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində radiodalğalarda və sosial şəbəkələrdə səslənəcək.

Yeni ilin əvvəlində BMM TV studiyası təsnifin videoklipini də ictimaiyyətə təqdim edəcək.

BMM yeni layihəsini Xudayar Yusifzadənin timsalında doğma torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş bütün şəhidlərimizin xatirəsinə həsr edir.

# 2397 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Norma
Norma
menu pen all_news