“Yuğ” Teatrı Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib

“Yuğ” Teatrı Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib
calendar 8 oktyabr 2020
clock 15:51

Azərbaycan Dövlət “Yuğ” Teatrının kollektivi ordumuzun Azərbaycanın ərazi bütövlüyünün bərpası və tarixin ədalətin bərqərar edilməsi uğrunda mətin mübarizəsini alqışlayır və böyük zəfər günümüzün yaxında olduğuna inanır. Rəşadətli ordumuzun Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda həyata keçirdiyi uğurlu əməliyyatlar nəticəsində düşmənin minlərlə canlı qüvvəsinin, hərbi texnikasının məhv edilməsi, mühüm strateji yüksəkliklərin nəzarətə götürülməsi, əzəli torpaqlarımızın işğaldan azad edilməsi xalqımızda böyük ruh yüksəkliyi yaradıb. Ölkədə kiçikdən-böyüyə hər kəs kimi mədəniyyət və incəsənət xadimləri, o cümlədən sənət ocağının kollektivi də cəbhədə baş verən hadisələri diqqətlə izləyir, Qələbə müjdəsi gözləyir. Teatrın kollektivi Azərbaycan Ordusuna dəstək olmaq üçün Silahlı Qüvvələrə Yardım Fonduna 2 min manat məbləğində ianə edib.

Teatrın direktoru, Əməkdar mədəniyyət işçisi İslam Həsənov bildirib ki, bu gün Azərbaycan xalqı ən şərəfli tarixi anlarını yaşayır. “Dədə-baba torpaqlarımızın düşmən işğalından azad olunması istiqamətində yenilməz ordumuzun apardığı uğurlu hərbi əməliyyatlar, işğalçı Ermənistan silahlı birləşmələrinə endirdiyi sarsıdıcı zərbələr, azad etdiyi torpaqlar bizi çox sevindirir və qürurlandırır. Bu gün yalnız əsgərlərimiz deyil, bütün Azərbaycan xalqı bir yumruq kimi birləşib ancaq qələbə üçün çalışır. Biz də ölkədə başlanan bu gözəl təşəbbüsə qoşularaq, Silahlı Qüvvələrə Yardım Fonduna ianə etmək qərarına gəldik. Teatrımızın kollektivi yekdilliklə dövlətimizin qəbul etdiyi bütün qərarları dəstəkləyir, Qarabağın yağı düşmən tapdağından azad olunacağı günün yaxında olduğuna inanır və bunun üçün əlindən gələni etməyə, hətta silaha sarılıb ön cəbhədə vuruşmağa da hazırdır”, - deyə teatrın direktoru bildirib. /azertag.az/

# 1930 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news