Amma o da faktdır ki, Android sistemi barədə demək olar ki, heç bir məlumata malik deyilik. Bunu nəzərə alaraq həyatımıza gəlişi ilə rahatlıq gətirən Androidlər barədə xırda bir yazı hazırladıq.
- Bakıda Xalq Teatrları Festivalı keçirildi
- Hüseynbala Mirələmov: "Mənəviyyatımız getdikcə sarsılır..." - Müsahibə
- Viktor Pelevinin yeni romanı çap olundu
“Open Handset Allience” 5 Noyabr 2007-ci ildə Androidi hazırladığını bəyan edib.
Android - Google və “Open Handset Allience” tərəfindən kodlaşdırılmış Linux əməliyyat sistemi əsasında hazırlanmış mobil cihazlar (PDA və cib telefonları) üçün açıq qaynaq kodlu bir əməliyyat sistemidir.
Android, cihazların funksionallığını artıran, tətbiqlər yazan geniş bir sistem qrupu da yaradılıb. Android üçün hal-hazırda 150 mindən çox tətbiq var. Bu tətbiqləri yalnız Android Market-dən əldə etmək olar.
“Android Market” isə, Android əməliyyat sistemi tətbiqlərinin müxtəlif saytlardan endirilməsini təmin etməklə yanaşı, həm də Google tərəfindən işlədilən təşkilati tətbiq mağazasıdır. İstehsalçılar ilk olaraq cihazı, “Google”un Java kitabxanası vasitəsilə “Java dili”ndə yaziblar.
Androidin mənfi cəhəti bəzi zəruri sistem fayllarının hələ də pullu olmasıdır. Halbu ki, Google Androidi alanda sistem və baza fayllarının pulsuz olacağını bildirmişdi.
Hal-hazırda dünyada Android bir gündə 160 min ədəd, yəni hər saniyədə 2 ədəd satılır. Bu rəqəm iPone-4 ilə müqayisədə az qala 3 dəfə çoxdur.
Onu da qeyd edək ki, Android 1 ilə Amerika bazarının 23 faizini ələ keçirə bilib...
Vüqar QURDQANLI