Badımcan məsələsi

Badımcan məsələsi
calendar 24 sentyabr 2012
clock 15:42
ANS-in canlı efirində söyüş səslənməsinə görə cəmiyyətdən sərt reaksiya eşidilməsə də, kanal özünü təmizə çıxartmaq üçün bütün mümkün variantlardan istifadə edir.

Xatırlayaq ki, Azərbaycan futbol millisinin Portuqaliya oyununda da oyunçularımızın söyüşməsini AzTV ekranından bütün Azərbaycan izlədi. O zaman telekanal açıqlama verdi, məsələ qapandı.

Biz TV eksperti deyilik, canlı efirdə bu cür fors-major hallarda nə ediləcəyini bilmirik.

Amma belə məlum olur ki, elə ANS-in rəhbəri Vahid Naxışın da biliyi bizdən çox deyil: “Amerika Birləşmiş Ştatlarındakı dostlarımıza, həmkarlarımıza müraciət etmişik ki, belə gözlənilməz faktların qarşısını almaq istiqamətində əldə etdikləri təcrübəni bizimlə bölüşsünlər”.

Özlərini fəxrlə “ölkənin ilk müstəqil telekanalı” adlandıran ANS-çilərin indiyə qədər canlı efir hazırlığı yoxuydu?

Hərçənd, ANS bilməli idi ki, insanların ailə problemlərini efirə çıxaranda ortaya badımcan söhbəti də çıxacaq...

Hərçənd ANS bilməli idi ki, özünə xəbər kanalı deyən bir televiziya bu cür şoular üzərindən reytinq qazanmağa cəhd etməz.

Hərçənd ANS bilməli idi ki, işçini işdən çıxarmaqla problemi həll etmək mümkün deyil.

Biz tanıdığımız ANS bilməliydi...

Kanalın rəsmiləri - Mirşahin, Mais Məmmədov və Vahid Mustafayev “üçüncü qüvvələr” üzərində dayandı. Bax bu, artıq mifdir, kanal rəhbərliyinin reallıq hissini itirdiyini göstərir.

Canlı efirdə fors-major hallara necə reaksiya verildiyini bilməyən kanal fors-major halda hazırlıqsız yaxalanır və bunu “üçüncü qüvvələrin təxribatı” hesab edir, vətənpərvərlikdən danışır.

Dəvənin ipini möhkəm bağlayıb Allaha təvəkkül etmək əvəzinə, dəvəni boş buraxıb onun başına gələnləri “üçüncü qüvvənin təxribatı” saymaq sizə ciddimi gəlir?

Və... Kimdir bu üçüncü qüvvə?

Bəlkə elə o badımcanın özüdür?

kulis.az
# 2319 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news