İnək göy ot yeyir, amma ağ süd verir. Niyə?

İnək göy ot yeyir, amma ağ süd verir. Niyə?
calendar 28 aprel 2011
clock 12:04
Redaksiyamıza ixtisasca bioloq olan oxucunun məktubu daxil olub.
Qızı birinci sinifdə təhsil alan valideyn üzləşdiyi çətin problemlə bağlı bizə müraciət edib.
Onun sözlərinə görə “Əlifba” kitabında verilən bir sual onu çətin vəziyyətə qoyub.
Bu sual “Əlifba” kitabının 139-cu səhifəsinsəki şeirin içində verilib:

“İnək yaşıl ot yeyir,
Südü niyə ağ olur?”

Bioloq valideyn yazır: “Əlbəttə ki, mən inək südünün nəyə görə ağ olduğunu bilirəm. İnək südünün tərkibində 100-dən çox müxtəlif maddə- 20 amin, 40 yağ turşusu, 25 mineral maddə, onlarla ferment, süd şəkəri, mikroelementlər və s. var... Lakin üzvi kimyanı 1-ci sinif şagirdinə necə izah edim?”

Kiçikyaşlı məktəblilərin çox sual verməsi əlbəttə ki, normal haldır.

Dərs kitabları da bu suallara cavab verməlidir, nəinki amin turşusunun quruluşu haqqında suallar doğurmalıdır...

P.S. Kitabdan çəkilmiş fotolar yazıya əlavə edilir


Kulis.az
# 2608 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news