Porno ulduz tələbələrə qonaq oldu! - SENSASİYA

Porno ulduz tələbələrə qonaq oldu! - SENSASİYA
calendar 9 may 2011
clock 12:11
Məşhur pornoulduz Elektra Galanu Makedoniya universitetində tələbələrin qonağı olub. Kulis.az-ın "Hürriyət" qəzetinə istinadən verdiyi xəbərə görə ulduzun görüşündə iştirak etmək üçün tələbələr gecədən gəlib universitetin teatr zalında yer tutublar. Pornoulduz gürultulu alqışlarla qarşılanıb. Auditoriyanı salamladıqdan sonra onu dövrəyə alan tələbələrə imza paylayıb. Daha sonra erotik fantaziyalar mövzusunda onların suallarına cavab verib.

Galanu geyindiyi qırmızı və qara rənglərin qarışığı olan dəri paltarla da hamının diqqətini çəkməyi bacarıb. Ulduz keçən il iqtisadi böhrana baxmayaraq, DVD satışı 5 milyon avro gəlir gətirən filmindən də söhbət açıb.

Culia Aleksandrato ilə birlikdə çəkdikləri bu film xeyli söz-söhbətə səbəb olmuşdu. Belə ki, Afina hərbi muzeyində çəkilən film pornoulduzun əsgər sevgilisi ilə sevgi macərasından bəhs edir. Filmdən sonra muzey rəhbəri olan yunan generalı istefa verməyə məcbur oldu.

Erotik fantaziyalar mövzusunda dörd saata yaxın tələbələrin suallarına cavab verən ulduz yeni filmindən də söhbət açıb.

Sevgi sənətinin sirlərindən danışan ulduzun universitetə qonaq olmağı rəhbərlik tərəfindən birmənalı qarşılanmayıb. Bəzi müəllimlər “Universitetdə kim nə istəyir, onu da edir” tipli fikirlər səsləndirsə də, tələbələrin çoxsaylı xahişləri qalib gəlib.

Günel Əsgərzadə
# 3422 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news