Erməni tarixçinin əsəri Azərbaycan dilində - ANONS

Erməni tarixçinin əsəri Azərbaycan dilində - ANONS
calendar 18 may 2011
clock 12:10
Azərbaycan oxucusu, nəhayət ki, erməni tarixçisinin ən dəbdə olan əsərini mütaliə etmək imkanı qazandi. Söhbət ABŞ-da yaşayan erməni tarixçi Corc Burnutyanın “İrəvan xanlığı Qacarların hökmranlığı dövründə. 1795-1828” əsərindən gedir.

Lakin C.Burnutyanın əsərini mütaliə etməzdən öncə azərbaycanlı tarixçi, tarix elmləri namizədi Zemfira Hacıyevanın 83 səhifəlik şərhlərini oxumaq lazım gələcək. İki əsərin birləşdiyi kitabın ümumi adı “Təkrarlanan tarix – təkrarlanan şərhlər”dir.

Corc Burnutyanın İrəvan xanlığının son 33 ilinə həsr edilən əsərində bir sıra maraqlı məqamlar mövcuddur. Bu məqamlardan başlıcası müəllifin İrəvan xanlığının etnik tərkibi ilə bağlı qeydləridir. ABŞ-lı erməni mənşəli tədqiqatçı o dövrün rəsmi sənədlərinə istinadən sübut edir ki, XVIII əsrin sonu – XX əsrin əvvəllərində xanlıq ərazisində ermənilər əhalinin maksimum 20%-ini təşkil edirdilər. Yerli əhalinin böyük hissəsi isə azəri türklərindən ibarət idi.

Müəllif erməni separatizminin yaranma səbəblərini açıqlayarkən bu meylin Cənubi Qafqazdan çox-çox kənarda yarandığını, şəxsi mənfəət məqsədi güddüyünü, erməni kilsəsinin milli heysiyyətlə manipulyasiyaları və işğalçı rus ordusuna yardımçı olmuş “erməni milli azadlıq ordusu”nun əslində mif olduğunu sübut edir.


Günel ƏSGƏRZADƏ
# 1373 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news