1000-dən çox yazıçı İsrailin nəşriyyat sənayesini boykot etdi

1000-dən çox yazıçı İsrailin nəşriyyat sənayesini boykot etdi
calendar 30 oktyabr 2024
clock 18:26

Nobel və Pulitzer mükafatı laureatları da daxil olmaqla, mindən çox yazıçı İsrailin nəşriyyat sənayesinə qarşı tarixin ən böyük mədəni boykotuna qoşulub.

Kulis.az xəbər verir ki, yazıçılar İsrailin Fələstinə hücumuna etiraz olaraq bəyanatla çıxış ediblər.


Bəyanatda bildirilib ki, nəşriyyat sənayesinin “21-ci əsrin ən dərin mənəvi, siyasi və mədəni böhranı” ilə necə üzləşdiyi ətraflı şəkildə izah edilib.

Fələstin Ədəbiyyat Festivalı, eləcə də “Books Against Genocide” və “Fossil Free Books” kimi digər kampaniya qrupları tərəfindən hazırlanan məktubda Qəzzadakı vəziyyət təfərrüatı ilə əks etdirilib.

Qeyd edilib ki, çox vaxt birbaşa dövlətlə işləyən İsrail mədəniyyət qurumları onilliklər boyu milyonlarla fələstinlinin mülklərindən məhrum edilməsinin və zülmə məruz qalmasının sənət vasitəsilə ört-basdır edilməsində mühüm rol oynayıb.

Bəyannaməni imzalayanlar arasında “Nobel” mükafatı laureatları Əbdülrəzzaq Qurna, Anni Erno, “Pulitzer” mükafatı laureatı Viet Txan Nquen, Junot Diaz, builki “Buker” mükafatı namizədləri Perkival Everet, Reyçl Kuşner və digər tanınmış müəlliflərin adları var.

APA

# 346 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
Norma
Norma
menu pen all_news