11 filmin istehsalı məqbul sayıldı

11 filmin istehsalı məqbul sayıldı
calendar 29 noyabr 2023
clock 12:44

Xəbər verdiyimiz kimi, 23-24 noyabr tarixində Azərbaycan Dövlət Film Fondunda Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) elan etdiyi film layihələri müsabiqəsində ərsəyə gətirilən işlərin müdafiəsi (pitçinq) mərhələsi gerçəkləşib. Bu mərhələdə layihələr Seçim komissiyasının üzvləri və Mədəniyyət Nazirliyi tərəfindən yaradılmış kinematoqrafiya, rəqəmsal və digər audiovizual əsərlərin məzmununun qiymətləndirilməsi üzrə Ekspert şurasının nümayəndələri tərəfindən qiymətləndirilib.

Kulis.az xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.

Qeyd edilib ki, noyabrın 28-də Azərbaycan Milli İncəsənət Muzeyində film layihələri müsabiqəsi ilə bağlı Seçim komissiyası və Ekspert şurasının yekun iclası keçirilib.

Qeyd olunub ki, dövlət sifarişi, kommersiya və sənət filmi istiqamətlərində 1-i qısametrajlı, 3-ü tammetrajlı sənədli, 2-si qısametrajlı, 4-ü tammetrajlı bədii, 1-i qısametrajlı animasiya olmaqla ümumilikdə 11 layihənin, tələbə alt istiqaməti üzrə isə 16 tələbə filminin istehsalına dəstək göstərilməsi məqbul hesab edilib.

Daha sonra həmin film layihələri ilə bağlı müzakirə aparılıb.

Sonda Ekspert şurasının yekun qərarı elan olunub. Dövlət sifarişi, kommersiya, sənət filmi istiqamətində ümumilikdə 11 layihənin 9-u, tələbə alt istiqaməti üzrə isə 16 tələbə filminin hamısı Ekspert şurası tərəfindən təsdiq edilib.

Bundan əlavə, istehsalına dəstək göstərilməsi təklif olunan 2 film də mövzu və ideyası nəzərə alınaraq, müəyyən əlavə və dəyişiklik edilmək şərti ilə şura tərəfindən təsdiqlənib.

Xatırladaq ki, film layihələri müsabiqəsi Azərbaycan Respublikası Kino Agentliyi tərəfindən bu ilin 18 iyul tarixində elan edilmişdi.

# 778 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Norma
Norma
menu pen all_news