“16 qız yetişdirdim, heç biri qapımı açmır” - Xalq artisti

“16 qız yetişdirdim, heç biri qapımı açmır” - Xalq artisti
calendar 13 sentyabr 2024
clock 16:22

"Bayaq xəbər oxumuşam, yazıblar ki, Ceyran Haşımova xərçəng xəstəsi olub, ölümcüldür. Yalandır axı. Mən təzyiq xəstəsiyəm, təzyiqdən əziyyət çəkirəm. Belə xəbərləri yayanda mənim nə hala düşəcəyimi düşünmürlər?”.

Kulis.az xəbər verir ki, bu fikirləri Lent.az-a Xalq artisti, məşhur tarzən Ceyran Haşımova səsləndirib:

“Salam verənə ad paylayırlar. Mənim yetirmələrimə “Şöhrət” ordeni verilib, mənə yox. Azərbaycanda yeganə Xalq artisti adını almış tarzən qadınam. “Lalə” qızlar ansamblı dünyanı gəzib, onlarla böyük sənətkar yetişdirmişəm. Nə zaman verəcəklər? Mən öləndən sonra? Məktub yazıram, cavab verirlər ki, gözlə. Nəyi gözləyim? Mən pedaqoq olmuşam, incəsənətimizə töhfələr vermişəm. Amma indi unudulmuşam”.

O, qapısını heç kimin açmamasından gileylənib:

“Heç kimin yadına düşmürəm! 90 yaşım var, gəlib baş çəkə bilərlər də. Hərdən zəng edənlər olur. Heç kimdən də incimirəm. 16 qız böyütmüşəm “Lalə” qızlar ansamblında. Heç biri qapımı açmır. Hamısı sağ olsun, nə deyim. Hərənin öz dərdi var”.

# 1192 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news