25 ildən sonra doğulduğu günü qeyd edən Nurlan

25 ildən sonra doğulduğu günü qeyd edən Nurlan
calendar 26 fevral 2024
clock 16:43

Kulis.az Aytən Sakitqızının yeni yazısını təqdim eidr

"Sağalmaz" dediyimiz yara artıq sağaldı. Dəmir yumruğun Xocalıdakı sədası sarıdı Xocalı yaramızı...

Xocalı haqqında danışanda “sağalması mümkünsüz yara” deyirdik. Çünki qara rəngə boyanmışdı Xocalı.

Ərşə qalxan nalə səslərindən nəfəsi kəsilmişdi, günahsızların qanına bulaşdığı üçün tükənmişdi Xocalı.

Adını tarixdən silmək üçün köksünə dağ basmışdılar Xocalının.

"Torpaq davası" adı altında mənfurların hədəfinə tuş gəlmişdi Xocalı.

26 fevralda uşaq, qoca, cavan, kişi-qadın bilmədən, qanına qəltan edilməklə ermənilər tarixin ən amansız müharibəsini reallaşdırdılar Xocalıda.

O gecə qundaqdakı körpələrə, qocalara, hamilə qadınlara, silahsız və şikəst adamlara amansızcasına divan tutdular erməni vandalları.

O gecə insanlığa yazılmayan bütün vəhşilikləri köməksiz insanların taleyinə qanlı güllələrlə həkk etdilər.

Və biz də bu yaranın sağalmayacağını düşünürdük.

Amma düşüncələrimizdə yanıldıq. Yanıltdı bizi dəmir yumruğun sahibi.

32 ildən sonra o müqəddəs bayrağı elə o müqəddəs torpaqda dalğalandırarkən yanıltdı.

Bununla da bu qanlı tarixdə dünyaya gələn insanların həyatına sanki işıq saçdı Ali Baş Komandan.

Bu işıq bizimevdə də parladı. Özü də 25 ildən sonra.

26 fevral öz doğum günündə sevinmək, şadlanmaq əvəzinə qəhərə boğulurdu atam balası.

32 illik anımın 25 ilinə şahidlik edib başımın tacı.

Və bu il 25 ildən sonra ilk dəfə öz doğum günün qeyd edir.

Özü bunu istəməsə belə, biz edəcəyik.

Çünki onun üçün Xocalı faciəsi taleyindən keçən ağrıdır.

Amma biz bu ağrının Xocalı qurbanlarının intiqamını almaqla dərinləşməsinə. bizi içdən oymasına izn vermədik.

İndi bizim bu ruhlar qarşısında deməyə bir sözümüz var - artıq təskinlik tapın, qisasınız alındı.

O torpaqlarda artıq azərbaycanlı nəfəsi var.

İndi Qarqarın suları da durudur…

İndi Xocalı böyük tikinti meydançasına çevrilib. Yenə o bağ oldu və yenə o bağa yığışıb, muradımızca fələkdən kam alacağıq.

Hələ Xocalıda, elə 26 fevralda neçə-neçə körpələr doğulacaq, toy-büsat olacaq. Səsi-sorağı cahana yayılacaq bu büsatın.

Və bu, arzu yox, reallıq olacaq. Elə 25 ildən sonra doğulduğu günü qeyd edən Nurlan Ağazadənin arzusu kimi.

# 712 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news