44 günlük Vətən müharibəsindən sənədli film çəkildi

 44 günlük Vətən müharibəsindən sənədli film çəkildi
calendar 1 dekabr 2020
clock 17:30

Azərbaycan Televiziyasında “Xurmalar saralanda” adlı sənədli filmin anonsları yayımlanır.

Kulis.az xəbər verir ki, Vətən müharibəsindən bəhs edir.

Quruluşçu rejissor Ramil Ağasıyev film haqqında deyib: “28 ildir ki, həsrətini çəkdiyimiz Qarabağa qovuşmuşuq. Bu tarixi qələbə isə bizə asan başa gəlməyib. Xain düşmən istəyinə çatmaq üçün sivil insanları hədəf aldı. 90-dan çox mülki vətəndaşımız həlak oldu. Bu hadisələrlə bağlı “Mən Gəncəyəm” sənədli filmini çəkdik. Ancaq bilirsiniz ki, düşmənin terrorçu siyasəti tək Gəncədə deyil, digər ərazilərimizdə qanlı izlər qoydu. “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin rəhbərliyinə bu mövzuda film çəkmək istədiyimizi bildirdik. Filmi çəkmək üçün bizə lazımi şərait yaratdı və biz kiçik bir komanda ilə çəkilişlərə başladıq. Yeddi gün ərzində Tərtərdə, Ağdamda, Füzulidə, Ağcabədidə çəkilişlər etdik. İki film çəkdik. İlk olaraq təqdim edəcəyimiz “Xurmalar saralanda” filmi Bərdədə baş verən terrorda dünyasını dəyişən 21 insanın həyatından bəhs edir. Terror aktları olan şəhərlərdə 27-28 il əvvəl yurd-yuvasını tərk etmiş məcburi köçkünlər də yaşayır. İkinci film bu hadisələr zamanı növbəti dəfə ev-eşikləri dağılan bu insanlar haqqındadır”.

Rejissor bildirir ki, bu filmləri çəkməkdə məqsəd yaşanan hadisələri olduğu kimi tamaşaçılara təqdim etməkdir.

Qeyd edək ki, “Xurmalar saralanda” sənədli filmində jurnalist rolunda aktyor Ziya Ağa iştirak edir. Filmin bədii rəhbəri Ranar Musayev, icraçı prodüseri Zamiq Əlövsətoğludur. Filmin mətnini İlqar Fəhmi hazırlayıb. Quruluşçu operator Fahir Səmədoğlu, montaj rejissoru Rasim Ramazanovdur./azertag.az/

# 1772 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Norma
Norma
menu pen all_news