44 günlük müharibə haqda ilk roman çap olundu – İmza günü

44 günlük müharibə haqda ilk roman çap olundu – İmza günü
calendar 18 iyun 2024
clock 17:11

İyunun 20-si saat 18-də Baku Book Center-də yazıçı Adil Quliyevin “Xüsusitəyinatlı” romanının təqdimatı və imza mərasimi keçiriləcək.

​​​​​​Kulis.az xəbər verir ki, “Qanun” Nəşrlər Evində işıq üzü görən roman ötən əsrin 90-cı illərində torpaqlarımızın işğalından tutmuş 2023-cü il sentyabrın 19-da keçirilən antiterror əməliyyatına qədər gərgin hadisələrlə dolu geniş tarixi dövrü əks etdirir.

Hadisələr yaşlı babasından başqa bütün yaxınlarını Xocalıda itirən Aslanın həyatı fonunda əks olunur.

Aslanın uşaqlığı, təhsili, xüsusi təyinatlı zabit kimi 44 günlük zəfərmüharibəsində iştirakı, eyni zamanda onun sevgi həyatı əsərin əsas mövzusunu təşkil edir.

Roman qələbə ilə nəticələnən Vətən müharibəsi haqqında yazılmış ilkirihəcmli əsərdir.

Kitab ilk dəfə rus dilində Rusiyanın Sankt-Perterburq şəhərində «Карабах:долгожданное возвращение» adı ilə çap olunub.

Romanın Azərbaycan dilinə tərcüməçisi Dürdanə İbrahimova-Hüseynbəyli, redaktoru Şərif Ağayardır.

Xatırladaq ki, müəllifi Adil Quliyev Sankt-Peterburqda yaşayır.

“Xüsusi təyinatlı” onun Bakıda çap olunan sayca üçüncü kitabıdır.

Bundan əvvəl “Neft, bulaq və keçə çəkmələr” və “Qırmızı ayaqqabılar” adlıhekayələr kitabı işıq üzü görüb.

Maraqlananlar təbirdə iştirak edə bilərlər.

Kitab bütün oxuculara hədiyyə olunacaq.

# 784 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news