“4.4 Qısa Tamaşalar Festivalı” davam edir

“4.4 Qısa Tamaşalar Festivalı” davam edir
calendar 3 noyabr 2021
clock 16:30

Noyabrın 2-də Mədəniyyət Nazirliyi və Teatro.az sənət portalının təşkilatçılığı ilə keçirilən “4.4 Qısa Tamaşalar Festivalı” (QTF) davam edir.

Kulis.az xəbər verir ki, Akademik Musiqili Teatrında baş tutan festivalın ikinci günü 5 tamaşa təqdim edilib. Tamaşaların nümayişindən öncə ötən günün qısa videoicmalı nümayiş olunub.

44 günlük Vətən müharibəsində qazandığımız Zəfərə həsr olunan “4.4 Qısa Tamaşalar Festivalı”nın direktoru Elçin Cəfərov çıxış edərək, qonaqları salamlayıb, iştirakçılara uğurlar arzulayıb.

Sonra proqramda olan tamaşaların rejissorları səhnəyə dəvət olunub, Müstəqil Human Teatrının “Storyboard” (müəllif Abdulla Elşadlı, rejissor Elvin Rüstəmzadə, Abdulla Elşadlı), Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının “Zəfər yolu” (müəllif və rej. İsa Əsədov), Samir Qulamovun müəllifi və rejissoru olduğu “Bir nəfəs qədər”, Füzuli Dövlət Dram Teatrının “Dönüş” (müəllif və rej. Nicat Mirzəzadə) və Şamaxı Teatrının “Ocaq” (müəllif və rejissor Ruslan Adıgözəlov) tamaşaları nümayiş olunub.

Sonda münsiflərin və tamaşaların yaradıcı heyətinin iştirakı ilə maraqlı müzakirə keçirilib. Müzakirədə münsiflər heyətinin sədri Əməkdar incəsənət xadimi, professor İsrafil İsrafilov, münsiflər Əməkdar incəsənət xadimi, professor Aydın Talıbzadə, Əməkdar incəsənət xadimi, professor Əli Əmirli, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə və Xalq artisti Pərviz Məmmədrzayev çıxış edərək, tamaşalar barəsində fikirlərini iştirakçılarla bölüşüblər. Daha sonra söz iştirakçılara verilib və onlar festival haqqında öz fikirlərini bölüşüblər.

Günün sonunda Xalq artisti Pərviz Məmmədrzayevin iştirakı ilə “Bədən dili” adlı vörkşop keçirilib. Vörkşopda Mədəniyyət və İncəsənət Universitetinin tələbələri iştirak edib.

Xatırladaq ki, 4.4 Qısa Tamaşalar Festivalı” noyabrın 5-dək davam edəcək.

# 2144 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Norma
Norma
menu pen all_news