4500 ildən sonra Giza piramidalarında daha bir sirr üzə çıxdı

4500 ildən sonra Giza piramidalarında daha bir sirr üzə çıxdı
calendar 6 mart 2023
clock 12:40

Misirin paytaxtı Qahirədə yerləşən əzəmətli Giza piramidalarında 9 metr uzunluğunda gizli dəhliz tapılıb.

Kulis.az xəbər verir ki, Xeops Piramidası olaraq da bilinən Böyük Giza Piramidası yeni kəşflə dünya gündəminə düşüb. Araşdırmalar çərçivəsində Giza Piramidasının əsas girişinin üstündə gizli dəhlizin olduğu aşkar edilib. İlk dəfə 2016-cı ildə diqqət çəkən dəhliz "muoqrafiya" adlı görüntüləmə texnikası ilə kəşf edilib.

Giza piramidalarında endoskopik xəritələrlə nümayiş etdirilən 9 metr uzunluğunda və 2,1 metr enində olan dəhliz piramidada hələ kəşf edilməmiş bir otağa açıla bilər. Piramidanın girişindəki təzyiqi azaltmaq üçün tikildiyi də düşünülən dəhliz sirr olaraq qalır.

Qeyd edək ki, kamera ilə əldə edilən görüntülər Misirdə keçirilən mətbuat konfransı vasitəsilə ictimaiyyətə açıqlanıb. Dəhlizin kobud yonulmuş daş bloklardan ibarət divarı və günbəzli tavanı olması diqqəti çəkib. Misirin Qədim Mədəni İrsin Qorunması üzrə Ali Şuranın sədri Mustafa Vəziri bu sirri tezliklə ortaya çıxaracaqlarını qeyd edib.

# 1029 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Norma
Norma
menu pen all_news