6 arxeoloqu öldürən "lətənlənmiş" tabut Qahirəyə aparılır - 3345 il sonra

6 arxeoloqu öldürən "lətənlənmiş" tabut Qahirəyə aparılır - 3345 il sonra
calendar 10 mart 2020
clock 13:51

Bu ilin mayında məşhur Misir fironu Tutanhamonun “lənətlənmiş” tabutunun 3345 ildən sonra öz yerindən Qahirəyə - açılışı gözlənilən Böyük Misir Muzeyinə aparılacağı xəbəri Luksor vilayətinin sakinləri arasında qorxu yaradıb.

1922-ci ildə Fironlar Vadisində yerləşən bu sərdabada sarkofaqı açan altı nəfər arxeoloqun və arxeoloji ekspedisiyanın təşkilatçısı Lord Karnarvonun sirli ölümü dünyanın ən mənhus tabutu haqqında əfsanələr yaradıb. Sərdabədə olan qiymətli artifaktların dünyanı dolaşdığı məlumdur, lakin fironun tabutu minilliklər boyu öz yerində qalıb.

Qədim Misir tədqiqatçısı Əhməd Rabiyə Məhəmməd “The Sun” nəşrinə müsahibəsində Tutanhamonun tabutunun Qahirəyə aparılmasının Luksor sakinlərini məyus edəcəyini deyib. Onun sözlərinə görə, bundan sonra Fironlar Vadisi öz şöhrətini xeyli itirəcək. Lakin Böyük Misir Muzeyinin baş arxeoloqu Əltayib Abbas onunla razılaşmır və iddia edir ki, Qədim Misirin ən böyük abidələrinin paytaxt muzeyinə köçürülməsi turizmin inkişafı və ölkənin mədəni irsinin təbliği baxımından daha məqsədəuyğundur.
Qeyd olunub ki, son iki ay ərzində fironların və əyanların 36 tabutu Luksordan Qahirəyə aparılıb./azertag.az/

# 1631 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news