7-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalına filmlərin qəbulu başlandı

7-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalına filmlərin qəbulu başlandı
calendar 25 iyun 2024
clock 18:00

2024-cü il oktyabrın 2-dən 6-dək Bakıda Azərbaycan Animasiya Assosiasiyasının təşkilatçılığı ilə 7-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçiriləcək.

Kulis.az xəbər verir ki, animasiya peşəkarları, həvəskarları və studiyaları festivalın müsabiqə proqramında iştirak etməyə dəvət olunur.

Animasiya filmləri festivalın onlayn FilmFreeway platforması vasitəsilə qəbul edilir.

Filmlər aşağıdakı şərtlərə uyğun olmalıdır:

1. Filmlər yerli və beynəlxalq kateqorıyalar üzrə qəbul olunur.

2. Filmlər 2023-ci il yanvarın 1-dən sonra çəkilməlidir.

3. Filmin 50 faizdən çoxu animasiya olmalıdır. Filmdə istifadə edilən animasiya texnikaları və mövzularına məhdudiyyət qoyulmur. İştirakçılar iyulun 15-dək müraciət edə bilərlər.

ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı Azərbaycanın ilk və tək animasiya festivalıdır. 2018-ci ildən başlayaraq təşkil olunan festival uşaq və gəncləri, animasiya rejissorlarını və studiyaları bir araya gətirərək onları beynəlxalq təcrübə ilə tanış edir, peşəkar yerli və xarici animasiya ustaları ilə onları görüşdürüb yüzlərlə animasiya filmləri nümayiş etdirir, ustad dərsləri, konfranslar, konsertlər, tamaşalar və sərgilər keçirir.

# 587 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
Norma
Norma
menu pen all_news