Alim Qasımovun kürəkəninə 9 il iş verildi

Alim Qasımovun kürəkəninə 9 il iş verildi
calendar 7 sentyabr 2021
clock 13:00

Xalq artisti Alim Qasımovun kürəkəni Elnur Mövlamovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında təqsirləndirilən şəxs barəsində elan olunmuş ittihamları əsas gətirərək Elnur Mövlamovun 10 il azadlıqdan məhrum olunmasını istəyib.

Daha sonra zərərçəkmiş şəxs Tamilla Qasımova ona dəymiş 51621 manat ziyanın tam ödənilməsini istəyib.

Zərərçəkmiş şəxs Xalq artisti Alim Qasımovun həyat yoldaşı Tamilla Qasımova məhkəmədə sonuncu dəfə ifadə verərək ədalətli qərar çıxarılmasını istəyib.

Təqsirləndirilən şəxs isə son sözündə zərərçəkmiş şəxs Rəşadət Fərzəliyevlə barışıq əldə etdiyini və dəymiş ziyanın tam ödənildiyini bildirib.

Bununla da E. Mövlamov özünü yalnız 178.3.2-ci maddə ilə qismən təqsirli bildiyini deyib.

Hakimlər müşavirədən qayıtdıqdan sonra hökmü elan ediblər.

Hökmə əsasən, təqsirləndirilən şəxs E. Mövlamov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) və 180.2.4 (insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədilən soyğunçuluq) maddələri ilə təqsirli bilinərək 9 il azadlıqdan məhrum olunub.

Hökmdə qeyd olunub ki, zərərçəkmiş şəxs Tamilla Qasımovanın ona dəymiş 51621 manat ziyanla bağlı qaldırdığı mülki iddia təmin edilsin və dəymiş ziyan tam ödənilsin.

Qeyd edək ki, məhkəmədə zərərçəkmiş qismində Xalq artisti Alim Qasımovun həyat yoldaşı Tamilla Qasımova və qohumu Rəşadət Fərzəliyev tanınıb.

Xatırladaq ki, E.Mövlanov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) və 180.2.4 (insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədilən soyğunçuluq) maddələri ilə ittiham olunur.

Qeyd edək ki, Elnur Mövlamov Xalq artisti Alim Qaısmovun qızı, Əməkdar artist Fərqanə Qasımovanın həyat yoldaşıdır.

# 2088 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news