Anar gəncləri topladı: Yeni təkliflər qəbul edildi

Anar gəncləri topladı: Yeni təkliflər qəbul edildi
calendar 30 iyun 2021
clock 17:36

Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının iclası keçirilib

Bu barədə Kulis.aza Gənclər Şurasının sədri Fərid Hüseyn məlumat verib.

O, bildirib ki, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Gənclər Şurası ilə bəzi məsələləri müzakirə edib:

“Ədəbi festivalların təşkili, gənc yazarların ədəbi mətbuat orqanlarının redaksiya heyətlərinə üzv qəbul edilməsi, ədəbi tele-layihələr, yay məktəblərinin təşkili, digər dövlət qurumları ilə, habelə özəl təşkilatlarla əməkdaşlıq, regionlarda və paytaxtda oxucularla görüşlərin keçirilməsi, yaradıcı qurumların bir-birinə inteqrasiyası, gənc yazarların əsərlərinin çapı və sair məsələlər müzakirə edildi. Ümumilikdə Gənclər Şurasının üzvləri tərəfindən qırxdan artıq yeni təklif səsləndi. Anar müəllim gəncləri diqqətlə dinləyərək, onların fikirlərinin nəzərə alınacağını, Birliyin imkanları daxilində olan məsələləri həlli yönündə qəti addımların atılacağını vurğuladı.”

Görüşdə Azərbaycan Yazıçılar Birliyin Gənclərlə iş üzrə katibi Rəşad Məcid də çıxış edib, gənclərin təklifləri ilə bağlı fikirlərini bildirib. Eyni zamanda, görüləcək işlərlə bağlı düşüncələrini bölüşüb.

Fərid Hüseyn:

“Daha sonra mən son iki il ərzində gənclərlə bağlı görülən işlər haqda danışdım və artıq reallaşmaq üzrə olan bəzi məsələlər barədə Birliyin sədrinə, katibinə, eləcə də üzvlərə məlumat verdim. Qeyd edim ki, Gənclər Şurasının say tərkibinin artırılması da planlaşdırılır. Artıq növbəti həftələrdən etibarən real işlərin icrasına başlanacaq.”

Daha sonra müzakirələr yekunlaşıb, yekun qərarlar qəbul olunub. Yaxın günlərdə AYB-nin Gənclər Şurasının yenidən toplanmasına qərar verilib.

Sonda Xalq Yazıçısı Anar gənclərə öz tövsiyələrini verib və onlara uğurlar diləyib.

Qeyd ediək ki, müzakirədə AYB-nin Gənclər Şurasının üzvlərindən Cavid Zeynallı, Şahanə Müşfiq, Şəhla Aslan, İntiqam Yaşar, Ruslan Dostəli, Şəhriyar del Gerani, Fuad Cəfərli, Ramil Əhməd, Türkan Turan, Gülnar Səma, Elmin Nuri iştirak ediblər.

May be an image of 8 people, including Ruslan Dost Ali, Ramil Ehmed, Reshad Mecid and İntiqam Yaşar, people standing and indoor

# 2171 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news