Anna Axmatova iki dəfə "Nobel"ə namizəd olubmuş - Fakt

Anna Axmatova iki dəfə "Nobel"ə namizəd olubmuş - Fakt
calendar 23 yanvar 2020
clock 12:00

İsveç akademiyası Nobel mükafatına namizədlər haqqında məxfi məlumatları açıqladı.

Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, açıqlanan məlumatda rus şairəsi Anna Axmatova iki dəfə nüfuzlu mükafata namizəd olub. Onun ilk namizədliyi 1965-ci ildə olub. Lakin, akademiya mütəxəssislərinin böyük əksəriyyəti Mixail Şoloxovun lehinə səs veriblər. Şairənin ikinci namizədliyi isə 1966-cı ilə təsadüf edir. Nominasiyanın təşəbbüskarları Göteburq Universitetinin professoru Gunnar Jakobson və Harvard Universitetinin professoru Roman Yakobson idi. Lakin Nobel Komitəsi Axmatovanın namizədliyini dərhal nəzərdən keçirmədiyi, həmin ildə də Anna Axmatovanın vəfat etdiyi üçün bu namizədlik də baş tutmayıb.

Xatırladaq ki, digər namizədlərin siyahısı hazırkı proseduraya uyğun olaraq ciddi məxfilikdə saxlanılmışdır. Siyahıda 72 ad var idi. Bunların arasında Vladimir Nabokov, Konstantin Paustovski, Samuel Bekket, Xorxe Luis Borxes, Pablo Neruda kimi şəxsiyyətlər olub.

# 1794 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
Norma
Norma
menu pen all_news