Arif Məlikovun yaradıcılığına konsert həsr edildi

Arif Məlikovun yaradıcılığına konsert həsr edildi
calendar 24 aprel 2020
clock 18:03

Mədəniyyət Nazirliyi və “Mədəniyyət” kanalının birgə reallaşdırdığı “Bizi birləşdirən mədəniyyət” layihəsi çərçivəsində Beynəlxalq Muğam Mərkəzindən (BMM) növbəti canlı konsert proqramı təqdim olunub.

Layihənin “Əbədiyaşarlarımız” adlı təqdimatının bu həftəki buraxılışı görkəmli bəstəkar, Xalq artisti Arif Məlikov yaradıcılığına həsr edilib.

Canlı yayımda BMM-nin solistləri Ayşən Mehdiyeva və Sərxan Bünyadzadə çıxış ediblər. Solistlərin ifasında muğamlarımız, xalq mahnıları və təsniflər səsləndirilib. Xanəndələr karantin günlərində BMM-nin onlayn layihələrində fəaliyyətləri ilə bağlı təəssüratlarını da tamaşaçılarla bölüşüblər.

Verilişdə, həmçinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistri, rəssam Röya Həsənova qonaq olaraq layihəyə töhfə olaraq bəstəkar Arif Məlikovun portretini təqdim edib.

Qeyd edək ki, ölkəmizdə tətbiq edilən sosial izolyasiya və xüsusi karantin rejimində insanların incəsənətimizə yaxın olması məqsədilə aprelin 1-dən start verilən layihə çərçivəsində reallaşan təqdimatlarda Beynəlxalq Muğam Mərkəzi (BMM) yaxından iştirak edərək dəstək olur. Layihələrin çəkilişləri həftənin üç günü canlı olaraq BMM-dən yayımlanır. Canlı yayımlar, eyni zamanda, BMM-nin “Facebook” səhifəsindən də təqdim edilir. Konsertlərin anonsları əvvəlcədən BMM-nin sosial şəbəkələrində izləyicilərə təqdim olunur. /azertag.az/

# 1692 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news