Arxanca gələn tünbətün olsun - Yeni qəzəllər

Arxanca gələn tünbətün olsun - Yeni qəzəllər
calendar 27 may 2020
clock 15:27

Kulis.az şair, meyxanaçı Kamranın (Kubinka) qəzəllərini təqdim edir.

Bu sevgi bağının mənə şirin bəlası çatmadı
Gülün səfası, bülbülün səsi-sədası çatmadı.

Uzaqlıq adiləşdisə səadət əlçatan deyil
Dualı dillərin demək xeyir-duası çatmadı.

Gələndə nagüman gəlib könül verən könülsüzün
Gedəndə son görüş günü bir əlvidası çatmadı.

Nəfəs-nəfəs əzizlədim darıxmasın, sıxılmasın
O, baş götürdü getdisə, yəqin havası çatmadı.

Bərabər oldu səhvimiz, bu eşqi əldə tutmadıq
Mənim bir az cəsarətim, onun vəfası çatmadı.

***

Kaş həsrət ayaq tutduğu yollar düyün olsun
Ömrümdə səadət nəfəsi büs-bütün olsun.

Hər nazına, şıltaqlığına sadəcə susdum
Adətdir evin son beşiyi ərköyün olsun.

Xoş halıma, uğrunda ölüm varsa, ölüm də
Qurban olacaqsa, bu könül eşq üçün olsun.

Hər gün gedəcəksən deyə min qorxu keçirtdim
Bir gün gedəcəksənsə, o bir gün bu gün olsun.

Kamran qərarın verdi, gedirsənsə qayıtma
Bir də sənin arxanca gələn tünbətün olsun.

# 3281 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news