Azərbaycan-İsveç mədəni əməkdaşlığı müzakirə olunub

Azərbaycan-İsveç mədəni əməkdaşlığı müzakirə olunub
calendar 17 dekabr 2020
clock 18:07

Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov İsveç Krallığının ölkəmizdəki səfiri Kristian Kamill ilə onlayn görüş keçirib.

Kulis.az xəbər verir ki, görüşdə mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, İsveç Krallığının Azərbaycandakı səfirliyinin ticarət və mədəniyyət məsələləri üzrə katibi Sirus Rüstəmov, nazirliyin və səfirliyin rəsmiləri, habelə hər iki ölkənin incəsənət sektorunun nümayəndələri iştirak edib.

İştirakçıları salamlayan Anar Kərimov iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlıq məsələləri və əməkdaşlığın perspektivləri barədə fikirlərini bildirib, İsveç Krallığı ilə bu sahədə əməkdaşlığın əhəmiyyətini qeyd edib.

Səfir Kristian Kamill iki ölkə arasında gələcək əməkdaşlıq üçün imkanların müəyyənləşdirilməsi, mövcud əlaqələrin inkişafına dair birgə tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə Ta(r)dino 6 İncəsənət Platformasının təsisçisi Əsli Səmədova 2021-ci ildə reallaşdırılması nəzərdə tutulan "Mədəniyyətə təkan" (Cultural Accelerator) layihəsi barədə məlumat verib. Bildirib ki, Trans Europe Halles (TEH), Lund, İsveç, Azərbaycan və Ta(r)dino 6 İncəsənət Platforması tərəfindən irəli sürülən layihənin əsas məqsədi Azərbaycanın mədəniyyət sahəsini dəstəkləmək, incəsənət mütəxəssislərinin bir-biri ilə əməkdaşlıq etmələrinə və dialoq qurmalarına kömək etməkdir. Problemlər üzərində birlikdə işləyən, yeni biliklər yaradan və öz təcrübələrini başqaları ilə bölüşən insanları birləşdirən layihə iştirakçıların bilik və bacarıqlarını inkişaf etdirməyi hədəfləyir, onlara öz ideyalarını və layihələrini necə uğurlu təqdim edə biləcəkləri barədə praktiki alətlər təqdim edir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

# 1874 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Norma
Norma
menu pen all_news