Azərbaycan beynəlxalq kitab yarmarkasında iştirak edir

Azərbaycan beynəlxalq kitab yarmarkasında iştirak edir
calendar 25 sentyabr 2021
clock 10:55

Moskvada, “Expo Center” Mərkəzi Sərgi Kompleksində 34-cü Beynəlxalq Kitab Yarmarkası açılıb.

Kulis.az xəbər verir ki, yarmarkada Azərbaycan stendi də yer alıb.

Azərbaycan Mədəniyyət Nazirliyinin şöbə müdiri Akif Maarifli bildirib ki, Rusiya paytaxtının sakinlərinə və qonaqlarına ölkəmizdə yeni nəşr edilmiş kitablar təqdim olunur.

“Bu il Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Nizami Gəncəvi İli” elan olunub. Hazırda dahi Nizaminin həyat və yaradıcılığının təbliği sahəsində geniş işlər görülür. Yarmarkada Azərbaycan mədəniyyəti və tarixindən, eləcə də Qarabağ həqiqətlərindən bəhs edən kitablar, dahi Nizaminin əsərləri sərgilənir”, - deyə A.Maarifli bildirib.

Yarmarkada 200-dən çox nəşriyyat evi öz məhsullarını təqdim edir. Sərgi çərçivəsində 300-dən artıq müxtəlif tədbirlərin – ustad dərsləri, diskussiyalar, tanınmış yazıçılarla görüşlərin keçirilməsi planlaşdırılır.

Yarmarka sentyabrın 27-dək davam edəcək.

# 1709 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news