Azərbaycan filmi beynəlxalq festivalın finalında - Foto

Azərbaycan filmi beynəlxalq festivalın finalında - Foto
calendar 1 sentyabr 2021
clock 18:01

Azad Şuşaya qayıdışdan bəhs edən “28” qısametrajlı filmi beynəlxalq film festivalının finalına vəsiqə qazanıb

Kulis.az xəbər verir ki, Yurtdışı Türkler ve Akraba Topluluklar Başkanlığı (YTB), TRT, Türkiyə Cumhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi Sinema Genel Müdürlüyü, Anadolu Agentliyi və Boğaziçi Kültür Sanat Vakfı təşkilatçılığı ilə Diaspora Beynəlxalq Qısa Film Festivalı, kifayət qədər rəqabətli seçimlərdən sonra tamaşaçı qarşısına çıxıb. İlk ilində 6 qitədən ümumi 3123 filmin müraciət etdiyi və 24 filmin finalist olmağa haqq qazandığı festival, 27-29 Avqust tarixlərində İstanbul Atlas Kinoteatrında təşkil edilib.

Türk dilli filmlər kateqoriyasında azərbaycanlı rejissor Nazim Şərbətovun ərsəyə gətirdiyi qısametrajlı “28” filmi də finala vəsiqə qazanıb. Film Hollandiyada yaşayan jurnalist Xatirə Sərdarqızının 28 il sonra Şuşaya qayıdışının hekayəsini və müharibə nəticəsində aldığı uşaqlıq travmasından bəhs edir. Qeyd edək ki, film Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə hazırlanıb.

Atlas kinoteatrında nümayiş etdirilən “28” filmi tamaşıçılar tərəfindən maraqla qarşılanıb. Filmin nümayişindən sonra rejissor Nazim Şərbətov film və Qarabağ haqqında sualları cavablandırıb. Filmin qəhrəmanının real həyatda da əslən Şuşadan olduğunu və 1-ci Qarabağ müharibəsində yurd-yuvasından köçmək məcburiyyətində qaldığını qeyd edən rejissor, qəhrəmanın uşaq vaxtı travmalar, psixoloji sarsıntılar yaşadığını söyləyib. “Bu hekayədə müharibənin insanlar və uşaqların üzərində nə kimi travmalara səbəb olduğunu göstərmək istədik,” deyən Nazim Şərbətov, işğaldan azad olunan bölgələrə gedərək müharibənin yaratdığı dəhşətli izləri göstərmək istədiyini qeyd edib.

Festival çərçivəsində bir sıra müxtəlif tədbirlər və görüşlər təşkil edilib. Kino tənqidçiləri və təcrübəli rejissorlar iştirakçılarla görüşərək fikir mübadiləsi aparıb. Festival konsert proqramı və mükafatların təqdim edilməsi ilə yekunlaşıb.

# 1906 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Norma
Norma
menu pen all_news