Azərbaycan xalq mahnısı yeni aranjimanda

Azərbaycan xalq mahnısı yeni aranjimanda
calendar 15 may 2020
clock 13:03

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə ərsəyə gələn yeni beynəlxalq layihə Azərbaycan xalq mahnısının yeni aranjimanda tanınmış musiqiçilər tərəfindən təqdimatından ibarətdir.

Layihədə 11 yaşlı azərbaycanlı gənc istedad, “Azərbaycanın ən gənc və ilk professional uşaq caz ifaçısı” adına layiq görülmüş, Bülbül adına orta ixtisas musiqi məktəbinin “Klassik fortepiano və bəstəkarlıq” sinfinin şagirdi Məhəmməd Allahverdiyev tanınmış caz ifaçıları - Əməkdar artist, bas-gitara ifaçısı Ruslan Hüseynov və Danimarkadan olan zərb alətləri ifaçısı Deodato Siquirlə bərabər “Gül açdı” Azərbaycan xalq mahnısını ifa edib.

“Səs uşaqlar 2020” yarışmasının iştirakçısı Məhəmməd Allahverdiyev instrumental əsərlərin müəllifidir. Uşaqlıqdan caz musiqisinə böyük maraq göstərib, xüsusilə görkəmli bəstəkar Vaqif Mustafazadənin musiqisinin vurğunudur. “Yağış” və “Payız” əsərlərinə klip çəkdirib. 2019-cu ildə XIV Beynəlxalq Bakı Caz Festivalı çərçivəsində keçirilən “I am Jazzman” Gənc Caz İfaçıları Beynəlxalq Müsabiqəsində 14 yaşına çatmadığına görə müsabiqədənkənar iştirak etsə də, istedadı sayəsində xüsusi priz və diploma, həmçinin “Azərbaycanın ən gənc və ilk professional uşaq caz ifaçısı” adına layiq görülərək bu il Böyük Britaniya və Danimarkada keçiriləcək Caz Festivala dəvət alıb.

Yeni layihəni Baş İdarənin rəsmi “YouTube” kanalından izləmək olar. /azertag.az/

# 2163 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
Norma
Norma
menu pen all_news