Azərbaycanda ilk dəfə internet serialı çəkilir

Azərbaycanda ilk dəfə internet serialı çəkilir
calendar 12 dekabr 2019
clock 17:20

Azərbaycanda ilk dəfə internet serialın çəkilişlərinə başlanılıb.

Kulis.az xəbər verir ki, Azərbaycan Film Akademiyasının istehsalı olan, tibbi mövzuda lentə alınan ekran işi “Sayrışan işıqlar” adlanır. Serialda baş rolları Rəşad Kəsəmənli, Aysel Nazim, Elnar Qarayev candırır.

Layihənin rəhbəri, eyni zamanda quruluşçu rejissoru Zaur Tahirsoy bildirib ki, internet serialın izləyicilər tərəfindən maraqla qarşılanacağına inanır:

“Əlbəttə, Azərbaycanda belə təşəbbüsə ilk cəhd etmək cəsarətlə yanaşı fədakarlıq tələb edirdi. Hələ 2016-cı ildə bu layihə haqqında danışanda bizi ciddiyə almırdılar. Amma bu gün layihəmə inanan və işinə sevgiylə yanaşan komanda ilə bu işin öhdəsindən gəldik. Dekabrın ortalarına layihəmiz təqdim olunacaq, böyük qala gecəsi keçirəcəyik. Ondan sonra bölümlər “Medplus TV” yutub kanalına yüklənəcək.

İnanıram ki, bu layihədən cəsarətlənərək bir çox kino istehsalçıları internet serialına start verəcək. Çünki bu sahənin inkişafı Azərbaycan kino sektoruna yeni nəfəs gətirəcək. Filmin quruluşçu operatoru Elvin Əsgərov, ikinci rejissoru Böyükağa Əliyev, səs rejissoru Vüqar Sübhandır”.

Aktrisa Aysel Nazim isə bildirib ki, ilkə imza atmaq hər zaman onu həyəcanlandırır:

“Hər zaman düşünürdüm ki, bizdə niyə internet seriallar çəkilmir. Bilirəm ki, bu maddiyyat tələb edir. Sponsorlar, şirkətlər bu cür layihələrdən qaçmamalıdır. Maraqlı bir layihədə olmaq məni həyəcanlandırır. Uğurlu iş olacağına inanıram. Bütün komandaya uğurlar arzulayıram”.

# 2190 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
Norma
Norma
menu pen all_news