Azərbaycanda yeni kino layihəsinə start verildi

Azərbaycanda yeni kino layihəsinə start verildi
calendar 17 iyun 2020
clock 10:08

Mədəniyyət Nazirliyinin dəstəyi və İctimai Televiziyanın (İTV) media tərəfdaşlığı ilə “Debüt” studiyası tərəfindən uzunmüddətli INTERACT layihəsinin həyata keçirilməsinə start verilib.

Nazirlikdən Kulis.az-a verilən məlumata görə, layihənin həftədə iki dəfə olmaqla bir ay müddətində davam edəcək INTERACT ONLINE adlı ilk mərhələsi gənc kinematoqrafçılara tanınmış beynəlxalq peşəkarlarla onlayn ustad dərsləri vasitəsilə məlumat mübadiləsi imkanını təklif edir. Bütün ustad dərsləri orijinal dildə (müvafiq olaraq ingiliscə və ya rusca) və Azərbaycan dilində sinxron tərcümə seçimi ilə təqdim olunacaq.

Görkəmli kinorejissor, Xalq artisti Eldar Quliyev tərəfindən 1987-ci ildə təsis olunan və “Debüt” studiyası qısametrajlı və tammetrajlı debüt bədii filmlərin, beynəlxalq birgə layihələrin istehsalı, Azərbaycan kino sənətinin dünyada təbliği ilə yanaşı INTERACT tipli tədris proqramlarının həyata keçirilməsi istiqamətində də fəaliyyət göstərir.

Qeyd edək ki, INTERACT layihəsinin vorkşoplar və digər tədbirlərdən ibarət olacaq növbəti mərhələlərinin keçirilmə forması və statusu COVID-19 pandemiyasının vəziyyətindən asılı olaraq yenilənəcək.

INTERACT ONLINE-da müntəzəm iştirak gələcək mərhələlərə akkreditasiya almaq imkanı verir.

Layihə iştirakçılarının sayı məhduddur! Buna görə də proqrama qoşulmaq istəyənlərdən www.debutfilms.az/interact saytında onlayn-qeydiyyatdan keçmələri xahiş olunur.

Akkreditasiyadan sonra iştirakçılar yuxarıda qeyd olunan ustad dərslərinə qoşulmaq üçün “ZOOM” platformasına keçid əldə edəcəklər.

# 2406 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
Norma
Norma
menu pen all_news