Azərbaycanın məşhur folklor qrupu beynəlxalq festivalda iştirak edəcək

Azərbaycanın məşhur folklor qrupu beynəlxalq festivalda iştirak edəcək
calendar 7 avqust 2020
clock 18:50

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin “Cəngi” estrada-folklor ansambl Sankt-Peterburq şəhərində təşkil olunan “Dünya musiqiləri” Etnik Festivalında iştirak edəcək.

Kulis.az xəbər verir ki, avqustun 8-də ansambl Sankt-Peterburq şəhərində təşkil olunan “Dünya musiqiləri” Etnik Festivalında iştirak edəcək. Artıq 5-ci dəfə keçirilən festival bu il koronavirus pandemiyası üzündən onlayn formatda reallaşacaq.

Qeyd edək ki, “ Cəngi” ansamblı xalq musiqisi ilə cazın sintezini təşkil edən kompozisiyaları ilə məşhurdur.

Azərbaycanı dəfələrlə mötəbər musiqi yarışmalarında, beynəlxalq festivallarda layiqincə təmsil edən “Cəngi” estrada-folklor ansamblının bədii rəhbəri, tanınmış ud ifaçısı, Azərbaycanın Xalq artisti Mircavad Cəfərovdur. Ansamblda həmçinin Əməkdar artist Ruslan Hüseynov (bas-gitara), Mircavid Cəfərov (tar), Nicat Bayramov (zərb alətləri), Vasif Hüseynzadə (piano), Fərhad Əliyev kimi tanınmış peşəkar ifaçılar fəaliyyət göstərirlər. Ansamblın eyniadlı rəqs qrupu da uğurla çıxışlar edir.

# 2090 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news