Azərbaycanlı caz ifaçısı Almaniyada

Azərbaycanlı caz ifaçısı Almaniyada
calendar 7 fevral 2020
clock 19:20

Azərbaycanlı caz ifaçısı İsfar Sarabski fevralın 8-də Almaniyanın Qşvend (Gschwend) şəhərində konsert proqramı ilə çıxış edəcək.

Kulis.az xəbər verir ki, bu barədə Almaniyanın “reservix” internet portalında məlumat yer alıb. Məlumatda İsfar Sarabskinin yaradıcılığından söz açılır, onun bu il, həmçinin Hamburq şəhərində yerləşən Elb Filarmoniyasında və “Musiqi Qışı” festivalında çıxış edəcəyi nəzərə çatdırılır.

Portalda Almaniyada yaşayan həmyerlimiz, məşhur caz ifaçısı Əzizə Mustafazadə haqqında da məlumat verilir. Onun da 1994-cü ildə “Musiqi Qışı” festivalında iştirak etdiyi qeyd olunur. Əzizənin vətənindən olan musiqiləri öz dəstxəttinə uyğun şəkildə ifa etdiyi bildirilir, atası Vaqif Mustafazadənin hələ 1950-ci illərdən etibarən ənənəvi musiqiləri caz ilə sintez etməyə başladığı, Azərbaycanda cazın əsasını qoyan insanlardan biri olduğu vurğulanır.

Azərbaycan musiqisində bu ənənələr əsasında yeni nəslin formalaşdığı, onların arasında İsfar Sarabskinin də olduğu qeyd olunur. Sarabskinin özünü Azərbaycanın musiqi ənənələri ilə sıx bağlı hiss etdiyi, tar aləti ilə ifaları sintez etdiyi diqqətə çatdırılır.

Xüsusi istedada malik olan gənc ifaçının hələ 19 yaşında olarkən Montre Caz Festivalının qalibi olduğu, Asiya, Avropa və Amerikada keçirilən festivallarda daim iştirak etdiyi vurğulanır.

# 1930 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news