Azərbaycanlı drijor Pekində Beynəlxalq Forumda iştirak edib

Azərbaycanlı drijor Pekində Beynəlxalq Forumda iştirak edib
calendar 14 sentyabr 2020
clock 16:21

Sentyabrın 9-10-da dünyanın nüfuzlu musiqi təşkilatlarından olan Pekin İfaçılıq Sənətləri Milli Mərkəzinin (NCPA – Beijing National Centre for Performing Arts) təşkilatçılığı ilə Beynəlxalq Mədəniyyət Forumu keçirilib.

Kulis.az xəbər verir ki, forumda dünyanın 40 ölkəsindən 120 mədəniyyət xadimi – dünyanın tanınmış opera teatrlarının direktorları (Royal Opera House Covent Garden, Metropolitan Opera, Algiers Opera House, Staatsoper Unter den Linden (Germany), The Israeli Opera, Teatro Carlo Felice , Teatro dell’Opera di Roma, Teatro Regio di Parma, New National Theatre Tokyo, Dutch National Opera, Royal Opera House Muscat, Opera Siam/Thailand ), nüfuzlu musiqi festivallarının bədii rəhbərləri, simfonik orkestrlərin (Chicago Symphony Orchestra, Philadelphia Symphony Orchestra, Royal Philharmonic Orchestra) prezidentləri və müxtəlif kontinentlərdə yerləşən məşhur konsert salonlarının (Barbican Centre, Carnegie Hall, John F.Kennedy Centre) musiqi rəhbərləri iştirak edib

Pekin şəhərinin meri Çen Jininq forumu açıq elan edib. Daha sonra Çin Xalq Respublikasının Mədəniyyət Naziri Janq Su, Pekin İfaçılıq Sənətləri Milli Mərkəzinin prezidenti Vanq Ninq və vitse-prezidenti Ju Yanq iştirakçılara uğurlar arzulayıblar.

Forumun rəsmi gündəliyinə əsasən, 11 nəfərin çıxışı dinlənilib. Azərbaycan Dövlət Opera Teatrının musiqi rəhbəri və baş dirijoru Əyyub Quliyev çıxışında teatrın ölkə və regionda musiqi mədəniyyətinin inkişafındakı rolundan, son illərdə reallaşdırılmış tamaşalardan geniş danışıb.

Əyyub Quliyev eyni zamanda Azərbaycan Dövlət Opera Teatrının bu il qeyd olunması planlaşdırılan 100 illik yubileyi barədə forum iştirakçılarını məlumatlandırıb.

# 1763 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news