Azərbaycanlı rejissorun işi ABŞ-da ən yaxşı film seçildi

Azərbaycanlı rejissorun işi ABŞ-da ən yaxşı film seçildi
calendar 19 dekabr 2020
clock 12:29

Azərbaycanlı rejissor Elçin Ağazadənin “Uğur böcəyi” adlı filmi ABŞ-ın Florida ştatında 15 dəqiqəlik qısa sosial filmlər arasında “Ən yaxşı sosial film” nominasiyasının qalibi olub.

Kulis.az xəbər verir ki, ekran əsəri autizmli uşaqlara həsr olunub. Kiçik oğlunun autizm sindromlu olması rejissorun bu işə təşəbbüs göstərməsinə səbəb olub. Filmin baş qəhrəmanı balaca Fatimə rolu ilə autizmə xas davranışları maksimum əks etdirə bilib. Görünür, bu da amerikalı film mütəxəssislərinin diqqətini cəlb edib.

Filmin rejissorları Elçin Ağazadə, Elmar Bayramov, operatoru Tərlan Xaqverdiev, icraçı prodüseri Anar Yəhya, rolları Fatimə Əliyeva, Ülviyyə Rza və Kənan Əsgərzadə ifa ediblər.

Xatırladaq ki, Elçin Ağazadə buna qədər bir çox milli mənəvi dəyərlərlə bağlı kliplərin və sənədli filmlərin rejissoru olub. Onun çəkdiyi "Cənnət ətri", "Səngərdə azan", "Zamana sığmayan Nəsimi", "Klassik ədəbiyyatımızda imam Hüseyn" və s. işləri rəğbətlə qarşılanıb.

# 2276 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news