Azərbaycanlı rəssam dünyasını dəyişdi

Azərbaycanlı rəssam dünyasını dəyişdi
calendar 12 mart 2020
clock 14:26

Rəssam Gülarə Məcidova vəfat edib.

Mədəniyyət Nazirliyindən Kulis.az-a verilən məlumata görə, 77 yaşlı fırça ustası martın 12-də vəfat edib.

Gülarə Məcidova 1943-cü ildə Bakıda anadan olub. O, 1963-cü ildə Ə.Əzimzadə adına Rəssamlıq məktəbini, 1972-ci ildə isə M.A.Əliyev adına İncəsənət İnstitutunu bitirib.

Milli rəssamlığımızın zəngin ənənələrini öz uzunillik yaradıcılığında əks etdirən Gülarə Məcidova təsviri sənətimizin inkişafı yolunda yorulmadan çalışan tanınmış fırça ustası idi. Onun məharətlə yaratdığı əsərlər Azərbaycan rəssamlıq məktəbinə ölkəmizin hüdudlarından kənarda da şöhrət qazandırıb.

O, “Kənd həyəti”, “Baharın gəlişi”, “Buzovnada məhəllə”, “İçərişəhərdə günorta”, “Orta əsr.Azərbaycan qadını”, “Kənd toyu” və başqa əsərlərin müəllifidir.

Gülarə Məcidova 1980-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olub. 1980-ci ildən mütəmadi olaraq Türkiyədə, Moskvada, Qazaxıstanda və başqa ölkələrdə keçirilən sərgilərdə, beynəlxalq simpoziumlarda iştirak edib. 2013-cü ildə fərdi yaradıcılıq sərgisi keçirib, respublika və beynəlxalq sərgilərin fəal iştirakçı olub.

Allah rəhmət eləsin.

# 2414 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news