Azərbaycanlı rəssamın sərgisi İstanbulda

Azərbaycanlı rəssamın sərgisi İstanbulda
calendar 24 oktyabr 2020
clock 14:19

İstanbulda Azərbaycanın Əməkdar incəsənət xadimi, rəssam Rafiq Əzizin rəsm sərgisi açılıb.

“Sərgi - İstanbul” adlı tədbir şəhərin Üsküdar rayonunda yerləşən Sahil Nevməkan Dövlət Sərgi salonunda təşkil olunub.

Tədbirdə çıxış edən rəssam, professor Rafiq Əziz qonaqları salamlayaraq sərgi haqqında ziyarətçilərə məlumat verib.

Bildirilib ki, köhnə İstanbul tarixini özündə əks etdirən sərgidə yağlı boya ilə çəkilmiş 44 rəsm əsəri nümayiş etdirilir.

Tədbirdə Üsküdar Bələdiyyəsinin başçısı Hilmi Türkmən və digər sənətsevərlər iştirak ediblər.

Sərgi dekabrın 20-dək davam edəcək.

Qeyd edək ki, rəssam Rafiq Əziz hələ 1992-ci ildə birinci Qarabağ müharibəsində ata və anasını itirən 10 uşağı İstanbulun İSTƏK vəqfinə gətirib və bugünə qədər onların İstanbulda təhsil almalarına kömək edib. 1992-ci ildən etibarən İstanbulda yaşayan rəssam İstanbulun Yeditəpə Universitetində dərs deyir.

Rəssamın Türkiyənin Dövlət muzeylərində tarixi mövzuları özündə əks etdirən 170-ə yaxın rəsm əsəri var. Bundan əlavə, Rafiq Əzizin yeddi əsəri Türkiyənin Dövlət Zərbxanasında 50 və 20 türk lirəsi xatirə gümüş pul üzərinə həkk olunub. /azertag.az/

# 1615 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news