Azərbaycanlı şairin ingiliscə kitabı çıxdı

Azərbaycanlı şairin ingiliscə kitabı çıxdı
calendar 7 may 2021
clock 16:12

Tanınmış şair Xəyal Rzanın ingilis dilində şeirlər kitabı çap olunub.

Kulis.az xəbər verir ki, kitabda şairin tərcümə edilmiş 23 şeiri yer alıb. Kitab yazıçı, tərcüməçi Kamran Nəzirlinin “Çağdaş Azərbaycan şeiri ingilis dilində” layihəsi çərçivəsində işıq üzü görüb. Kamran Nəzirli layihə haqqında danışarkən “məqəsdimiz Azərbaycan ədəbiyyatının çağdaş poeziyasının istedadlı nümayəndələrini ingilisdilli oxucularla tanış etməkdir”, – deyə bildirib.

Kitabda müəllifin sevgi şeirlərilə yanaşı, Qarabağa, eyni zamanda erməni canilərinin yaşayış evlərini atəşə tutması nəticəsində dünyasını dəyişmiş iki yaşlı Zəhraya aid şeirləri yer alıb. Tərcüməçi oxuculara bu barədə haşiyə hissəsində ətraflı məlumat verib.

Qeyd edək ki, “Mütərcim” nəşriyyatında çapdan çıxan “The world smells love” adlı kitab Xəyal Rzanın sayca 7-ci kitabıdır.

# 2312 dəfə oxunub

Oxşar xəbərlər

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

"Əlini qoyur qulağının dibinə və..." - Rep deyən Alim Qasımovun ən böyük qorxusu

17:26 12 iyun 2025
Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
menu pen all_news