Bağırov ona görə rəfiqəsini güllələdi, sürgündə olan ərini gözləmədən başqasına getdi - Azərbaycanın ilk aktrisasının film kimi həyatı...

Bağırov ona görə rəfiqəsini güllələdi, sürgündə olan ərini gözləmədən başqasına getdi - Azərbaycanın ilk aktrisasının film kimi həyatı...
calendar 10 avqust 2020
clock 13:42

Kulis.az ilk teatr aktrisası, Göyərçin ləqəbli Gövhər Qazıyeva ilə bağlı maraqlı faktları təqdim edir.

Gövhər Əhməd qızı Qazıyeva 1887-ci ildə Tiflis şəhərində ziyalı ailəsində anadan olub. Orada nəcib qızlar institutunu bitirib, rus və Azərbaycan dilində mükəmməl təhsil alıb. O, Azərbaycanın ilk peşəkar aktrisası kimi tarixə düşərək "Göyərçin" ləqəbi ilə tanınıb.

***

1906-cı ildən səhnə fəaliyyətinə başlayan Gövhər Qazıyeva Mirzə Əli Abbasovun rəhbərlik etdiyi "Dram cəmiyyəti" və Həbib bəy Köçərlinskinin başçılıq etdiyi "Səadət" truppasında fəaliyyət göstərib.

***

Göhvər Qazıyevanın Tiflis zadəgan teatrında iştirak etdiyi ilk tamaşa Nəcəf bəy Vəzirovun "Müsibəti-Fəxrəddin" faciəsi idi. 1910-cu il oktyabrın 9-da verilmiş bu tamaşa böyük müvəffəqiyyətlə keçmişdi. Gövhər Qazıyevanın şöhrəti tez bir zamanda bütün Zaqafqaziyaya yayılır. Bakı qəzetləri ona məqalələr həsr edir. "Nicat" cəmiyyəti onu Bakıya işləməyə dəvət edir.

Gallery

1911-ci il mayın 26-da və 30-da Tiflisdə Gövhər Qazıyevanın benefisi keçirildi. Bu gecədə ilk dəfə Zülfüqar Hacıbəyovun "On bir yaşlı arvad" pyesi göstərilmişdi. Lakin azərbaycanlı qadının səhnəyə çıxması nadan, cahil adamları narahat edirdi. Odur ki, cahillər və din xadimləri müsəlman qadının səhnəyə çıxması əleyhinə müxtəlif fitnələr törədirdilər.

***

Gövhər Qazıyeva Azərbaycan teatr səhnəsinin bir çox görkəmli aktyorları - Hüseyn Ərəblinski, Mirzağa Əliyev, Hüseynqulu Sarabski, Mir Seyfəddin Kirmanşahlı və başqaları ilə birgə çıxış edib. Onun Mirzəağa Əliyevlə əməkdaşlığı ilk dəfə Tiflisdə “Əlli yaşında cavan” tamaşasında olub. İrəvanda onlar daha böyük uğur əldə etmişdilər. Mirzağa Əliyevlə Gövhər Qazıyevanın sənət dostluğu sonralar məhəbbətə çevrilir. 1912-ci ilin mayında onlar evlənib Bakıya köçürlər.

***

Qəribədir ki, evlənəndən sonra M. Əliyev həyat yoldaşının səhnədə çıxış etməsinə icazə vermir. Gövhər Qazıyeva ərə gedəndən sonra səhnəyə çıxmayıb. Bu nigahdan aktrisanın İsmayıl adlı oğlu doğulur. Lakin çar hökuməti orqanlarının fitnəkarlığı nəticəsində Mirzağa Əliyev həmin il Həştərxana sürgün olunur.

Gallery

Gövhər Qazıyeva isə 1913-cü ildə Polşaya gedir və Varşavada "Müqəddəs Sofiya" tibb məktəbinə daxil oldu, 1915-ci ildə mamalıq üzrə bu təhsil müəssisəsini bitirib Bakıya qayıdır. 1915-ci ildə "Bəsirət" qəzeti mamaça Gövhər xanım Əliyevanın peşə fəaliyyətinə başlaması haqqında bir elan vermişdi.

***

Otuzuncu illərin əvvəlində Gövhər Qazıyeva əslən Güney Azərbaycandan olan bir soydaşımızla ailə qurub Təbrizə gedir və sənətin daşını biryolluq atmalı olur.

***

Aktrisa 1937-ci ildə daimi yaşadığı İrandan bir neçə günlüyə Bakıya qonaq gəlir. Keçmiş səhnə yoldaşları teatrda onun şərəfinə qəbul düzəldirlər. Aktrisa Cəfər Cabbarlının "Almas" pyesinin tamaşasına baxır. Tamaşa və qəbul günü qeyri-adi hadisə baş verir. Gövhər Qazıyeva on beş ildən bəri itirdiyi oğlu İsmayılı tapır.

Gallery

Bakıya gələrkən o, keçmiş rəfiqəsi aktrisa Panfiliya Tanaylidi ilə də görüşür. Panifilya Azərbaycan teatr sənətində müəyyən xidmətləri olan aktrisa imiş. Milliyyətçə Qars yunanlarından olan Tanaylidinin həmin vaxt yaşı artıq 50-ni keçibmiş. O, hələ 1909-cu ildə Tiflis teatrında Gövhər Qaıyeva ilə bir işləyib. 1937-ci ilin sentyabrında Gövhər Bakıda olarkən Tanaylidinin dalınca adam göndərir ki, bəs burdayam, axşam filan ünvana gəl, görüşək. Bu görüş zamanı Gövhər Qaıyeva rəfiqəsinə İran siqaretləri bağışlayır. Siqaretlər Panfiliyanın o qədər xoşuna gəlir ki, o, pay verilən tütünü tərifləyir:

- Bəh-bəh! Adə, tütün budu. Yoxsa bizimki? Zibildi, çəkmək olmur… Aktrisa bu sözün qurbanı olur…”

Bu xəbər Mircəfər Bağırova çatanda Bağırov Panfiliyanı həbs etdirərək güllətdirir.

***

Azərbaycan teatrının ilk qaranquşu kimi tanınan Gövhər Qazıyeva 1960-cı ildə Cənubi Azərbaycanda vəfat edib.

# 8891 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news