Bakıda "Türk filmləri həftəsi" başlayır

Bakıda "Türk filmləri həftəsi" başlayır
calendar 22 noyabr 2019
clock 09:39

Noyabrın 25- də Nizami Kino Mərkəzində beşinci “Türk filmləri həftəsi” keçiriləcək.

Mərkəzdən Kulis.az-a verilən məlumata görə, film həftəsi Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Türkiyənin Azərbaycandakı Səfirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA), Yerli Düşüncə Dərnəyi və Nizami Kino Mərkəzinin dəstəyi ilə reallaşacaq.

Açılış mərasimində Türkiyənin tanınmış hökumət və dövlət üzvləri ilə yanaşı, “Locman” filminin rejissoru Şükrü Alaçam, istehsalçı Oya Işıl Cuhadar və ekran əsərinin aktyorları Yeliz Kuvancı ve Nisa SofiyaAksongur, “Çakallarla Dans-5” filminin rejissoru Murat Şeker, aktyorlar Hande Katipoğlu ve Çağla Irmak, “Kapan” filminin rejissoru Seyid Çolak, ssenaristi Güven Adıgüzel, “Annem” filminin rejissoru Mustafa Kotan və digər şəxslər iştirak edəcək.

Həmin gün qonaqlar rejissor Şükrü Alaçamın “Locman” bədii filminə baxacaqlar.

Qeyd edək ki, həftə ərzində noyabrın 26-da “Locman” və “Kapan”, noyabrın 27-də “Annem” və “Çakallarla dans-5”, noyabrın 28-də “Çakallarla dans - 5” və “Kapan”, noyabrın 29-da isə “Rafadan tayfa” və “Annem” bədii filmləri təqdim olunacaq.

# 2150 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news